May 29, 2013

Məndən uzaq durun bir az

Məndən uzaq durun bir az,
Mən yaxından görünməzəm.
Siz ağlarkən gülərmişəm,
Siz gülərkən gedərmişəm.
Çox qəribə nəfərmişəm.
Mənlərimdən uzaq durun,
Düşünürdüm bölünməzəm.
Sən demə min nəfəmişəm,
Ürək-ürək gəzərmişəm,
Çatlar açıb itərmişəm.
Məni ondan uzaq tutun,
Düşünsün ki, sevəmmərəm.
Könüllə əylənərmişəm,
Boşluğunda üzərmişəm,
Xəyanətlər edərmişəm.
Məni məndən uzaq tutun,
Özumlə yol gedəmmərəm.
Mən özümdən küsərmişəm,
Həyatımı süzərmişəm,
Niyə gəldim deyərmişəm.

May 26, 2013

Sehrli

Gözlərimdə tətikmi var?
Çəkən çəkir özün vurur.
Ürəyimdə ələkmi var?
Düşən düşür, qalan qalır.

Gələcəkdə çarəmi var?
Hər fərari orda durur.
Keçmişin bir dərdimi var?
Mən qaçdığım yolda durur.

Yad ürəkdə nə sehr var?
Yalnızların boynun burur.
Xeyrimizdə nə xeyir var?
Şər ocağın içdə qurur.

Gedişində nə qüvvə var?
Məni məndən alır itir.
Gəlişində nə hiylə var?
Gəlir ağlı alır, gedir.

Yüngüllüyə meylimi var?
İnsan yükün atır  gedir.
Cismin atır, başqa nə var?
Vəfasın da alır gedir.

Ürək, dilə nə gərək var?
Söz oğrayır, dinə bilmir.
Qürur, sənə nə gərək var?
Əl uzanır, ayaq getmir.


May 25, 2013

Səni gözləyirəm, ANA!

Gözləyirəm, gəlməyinə az qalıb,
Düşməninin yerin indi dost alıb,
Külək əsib bağda ərik çoxalıb,
Gülməliyəm, güldürəcək üzüm yox.

Həyatımdan nələr çıxıb, nə qalıb?
Ürəyimdən kimlər köçüb, kim qalıb?
Yaşamağa həvəs yaman azalıb
Ölməliyəm, ölməyə də gücüm yox.

Sakitliyin səsi göyə ucalıb
Yirmi gündə balan yüz yaş qocalıb,
Görən kimdən uşaqlığı borc alıb
Ağlayacam, borclanmağa uşaq yox

May 23, 2013

Hörmətlə, Zamansız biri


Balkondan  “şəhər yarımadası” açılır. Dəniz də görünür yəni. Uzaqdan görünən o gəmidə də ola bilərdim, təyyarədə də, parkda skamyada da oturmuş ola bilərdim, dəniz qırağında da, ağacda da, kölgəsində də, hündürmərtəbəli binanın mansardında da, zirzəmidə də, zavodda fəhlə də ola bilərdim, müdir də, ölkənin prezidenti də ola bilərdim, səfil də, səfir də, memar da, tələbə də, cahil də, təbiətin qoynunda ola bilərdim, dəli də ola bilərdim, fövqəlzəka sahibi də.

Mən isə  indi mətbəxdə oturub Rene Aubrinin “La Grande Cascade” musiqisini dinləyərək divardakı xarab,  06:50-ni, ya da 18:50-ni göstərən saata baxıb bayaqdan susan krantdan düşən damlanın səsində gözünü qırpmağı xatırlayan zamansız biri kimi musiqinin təsiri altında mətbəxdə öləcəyini təsəvvür edərək ölüm saatının divardakı bu dayanmış saatın vaxtıyla təyin edilməsini  istəyir, bununla da gələcəyini, keçmişini, bugününü hər kəsin ağlında təhrif edən birinə çevrilməkdəyəm.  

Bu musiqini sosial şəbəkədə öz səhifəsində paylaşan dostuma rəyimi bildirərkən, “melanxoliklər üçün effektli ölüm” təsəvvür etdiyimi yazmışdım, özümün isə sanqvinik olduğunu qeyd etmişdim. 

İndi bilmirəm mən kiməm? Dünən kim idim? Bugün kiməm? Sabah kim olacam? Bilmirəm azam, ya çoxam, ya kifayət qədərəm? Bilmirəm hardayam: Evdə? Qəfəsdə? Çöldə? İçəridə? Bilmirəm fərqli düşüncəli insanları bir araya gətirərək onları “ailə” adı altında birləşdirməkdə Uca Varlığın məqsədi nə idi? Bilmirəm bu fərqli düşüncəli insanları bir-birinə sevgi ilə bağlayıb ortaya ziddiyyət salmaqda məqsəd nə idi? Bilmirəm onlar bir-birlərini qorumağa çalışaraq bir-birlərini hara qovurlar? Bilmirəm əlli il sonra təsadüfi biri tərəfindən tapılan bu yazılar “gündəlik” adını niyə alacaq? Bilmirəm niyə oxucuları üçün dəyərli olacaq? Ölmüş birinin gündəliyi olduğuna görəmi? Yazıları anlaşıldığına görə bəlkə? Bəlkə anlaşılmadığına görə?  Bilmirəm niyə bu yazıları indi
özüm paylaşmaq cəsarəti tapmıram? Bilmirəm dəliyəm yoxsa ağıllı? Bilmirəm niyə insanlar qəlibləşdirməyə bu qədər meyllidirlər? Bilmirəm şeirlərimi bəyənən hekayələrimdən, hekayələrimi bəyənən şeirlərimdən niyə qaçır? Bilmirəm onlar şeirimi bəyənsələr hekayələrimdə, hekayəmi bəyənsələr şeirlərimdə  gördükləri çatışmazlıqları nə ilə doldururlar? Niyə mənə izah etmirlər? Niyə izah etməyə cəsarət tapanlar düşünürlər ki, qələmi bir istiqamətdə qüvvətləndirmək lazımdır ? Bilmirəm niyə ilhamımı seçim qarşısında qoyurlar? Bilmirəm həm hekayəmi, həm şeirimi bəyənənlərlə ortaq nəyim var? Bilmirəm tamamlanmaq istəyəni natamam saxlamaqda nə məqsəd güdürlər? Güdürlərmi? Güdmədənmi belə alınır onlarda? Sevgiləri natamam, dostluqları natamam, gözəllikləri natamam, yaşadıqları natamam, seçimləri natamam. Hər kəs düşüncəsində xəsisdir bəlkə? Bəlkə bu xəsislik hamını natamam edir? Bilmirəm “xəsis” sözünü yenə maddi xəsisliyə yozacaqlarmı?  Bilmirəm yanlış anlaşılmağıma səbəb nə olacaq? - Mənim natamamlığım? Bilmirəm məni tam olmağa nə qoymur? Sürünün içində olmağım? Fərqlənsəm də, sürünün məni özündən sayması? Bilmirəm fərqlənməyi niyə fərdiləşmək hesab edirlər? Bilmirəm fərd ictimaiyyəti, yoxsa ictimaiyyət fərdi çaşdırır? Ya azdırır? Ya mane olur? Bilmirəm əlimdəki sahib olduqlarım güclüdü, ya ağlımdakı sahib olmadıqlarım? Bilmirəm mən  çox lazımam, ya mənə daha çox lazımdı? Kimlər? Nələr? Bilmirəm kimlər yoxsa nələr?

Bir də “O” var. Kim? Onlardan biri. Bilmirəm “O” hardadır? Gəmidə də ola bilər, təyyarədə də, kazinoda da, çayxanada da, tam da ola bilər, natamam da, tək də ola bilər, başqasıyla da, kafedə də, restoranda da ola bilər, paraşütdən tullanma ərəfəsində də ola bilər, tullanmış da, barda dostlarıyla pivə içə bilər, mətbəxdə oturub çay da içə bilər, balkonda siqarət çəkə də bilər. Bilmirəm niyə mənimlə yolları kəsişmir? Bilmirəm mənimlə yolları kəsişənlərin növbəti dayanacağı hardadır? Bilmirəm niyə özümü dayanacaq hiss etmirəm?  Bilmirəm yol mənəm, yoxsa piyada? 

Eyni anda ağlamaq da istəyirəm, gülmək də, qışqırmaq da, susmaq da, qaçmaq da, dayanmaq da, baxmaq da istəyirəm, kor olmaq da, görmək də istəyirəm, baxmamaq da, bəzənmək də istəyirəm, çılpaq olmaq da, yıxılmaq da istəyirəm, qalxmaq da, bunların hamısını eyni anda istəməklə yanılmaq da istəyirəm, oyanmaq da, yanılmamaq da. Yox, bunların hamısını eyni anda istəməklə beynimdəki fəal neyronlara qarşı sui-qəsd törətmək istəmirəm. Ancaq yaşamaq da istəyirəm, yaşamamaq da.  Bilmirəm niyə ölüm mələyinə verəcəyim cavab “beş dəqiqə daha yaşamaq” olacaq? Olacaq? Bəlkə olmayacaq? Bilmirəm belə düşünərkən öləcəm, yoxsa düşüncəmi dəyişməyə hələ vaxtım var? Qocalara görə hələ vaxtım var, cavanlara görə isə qocalara
ölmək olar. Bilmirəm yaşamaq hər ikisi üçün şirin olduğu halda bir-birlərinin ölümünü niyə fərqli dəyərləndirirlər? Bilmirəm cavan öləndə qocalar niyə fəryad edir? Bilmirəm qoca öləndə cavan niyə bununla tez barışır? Bilmirəm “barışmaq” sözünü niyə hər kəs sevmir? Bilmirəm bu sözü sevmək lazımdı , yoxsa öyrənmək?

Bilmirəm niyə sözüm bitmədən yazmağı durdurmaq istəyirəm? Düşünmək üçün? Elə biləcəklər düşünmədən yazırdım bayaqdan. Yenə gülmək istəyirəm, eyni anda ağlamaq da. Bilmirəm niyə nöqtə qoymaq istəyirəm, eyni anda vergüllə başlamaq da? Vergül ilə başlamaq olmur, davam etmək olur. Bilmirəm mən niyə başlamaq istəyirəm? Bilmirəm niyə üç nöqtədən xoşum gəlmir? Bilmirəm bəlkə xoşum gəlir az-maz? Bəlkə də divardakı bu xarab saat kimi dayanmaq vaxtıdır. Susuram.

Hörmətlə,
Zamansız biri

May 22, 2013

Varlığın dünənin izin itirmir

Bilmirəm kimlərin yalanıyam mən,
Çağırdım fikrimi gəl,dağıt mənim.
Fikrimin ə
n qara dumanıyam mən,
Yag
ış ol, dumandan tez təmizlənim.
Sevinc qırışların üzümə sən sal,
Kədə
rin qırışın qəlbimdən silim.
Mənim hekayə
mi dünyaya səs sal,
Qoyma bu dünyanı günahkar bilim.
Görüm hər avazda mənim adım var,
Bilim bu dünyaya nahaq gəlmədim.
Görüm yad gözlərdə intizarım var,
Bilim bu ömrümü boşa sürmədim.
Eh! Yenə
sarıldım özüm-özümə,
Ö
zümdən qurtuluş yolu bilinmir.
Uzaqsan, yax
ınsan bilmirəm amma,
Əllərim əlində buzun əritmir.
Bugünsən,sabahsan görmürəm amma,
Varlığın dünənin izin itirmir.

May 1, 2013

Axrını axıra qalanlar bilər


Uzun bir ömür var yaşlanmaq üçün,
Gəncliyi vaxtından tez öldürdülər.
Bu fani dünyada tox qalmaq üçün,
Qocalar cavandan söz götürdülər.

Səhv görüb anında qınamaq üçün,
Bir-birin yıxıtmaq anı güddülər.
Bugünü yıxanlar, sabahlar üçün,
Gələcək nəsildən hay gözlədilər.

Bu işin axrını öyrənmək üçün,
Cavan bir bağbana sual verdilər,
“Görəsən nolacaq işlərin axrı?”
Dedi ki, axıra qalanlar bilər.

Cavabın yükünü daşımamaqçun,
Bağbanın yanından gülüb keçdilər.
Qəflət yuxusundan oyanmamaqçun,
O bağdan əbədi üz çevirdilər.