February 28, 2014

Hər sözdə bir hərfi dəyişən uşaq

Kult.az`da yayımlandı

Dəyişdi paltarın balaca uşaq,
Böyüdü, özünü qocaldı bildi.
Kimə soruşdusa, harda qalacaq?
Ürəyin qapısın döyə bilmədi.

Dəyişdi əynini  sevdiyi fəsil,
Yağışın götürüb yaza köç etdi.
Dünyaya gəldiyi gün payız idi,
Bəyazın görüncə, qışa köç etdi.

Dəyişdi ümidin rəngini soyuq,
Görəndə yayın da şaxtası olur.
Keçmiş də yolüstü fikir dəyişdi,
Biləndə  təzənin keçmişi olur.

Dəyişdi hər sözdə bir hərfi uşaq,
Təkcə bəxt sözünü dəyişdirmədi.
Dəyişən fələk də, kələk olunca,
Gülərək doğulan gülə bilmədi.

Bir abzaslıq nəticə

Hələ də bilmirlər "yaxşı əhval" ilə "xoşbəxtlik" arasında yerlə göy qədər fərq var. 

Hələ də bilmirlər "xoşbəxtlik ehtiyacıyla" "hüzur ehtiyacı" arasında yerlə göy qədər fərq var. Hələ də bilmirlər "gülərək üzülməklə"  "ağlayaraq üzülmək" arasında yerlə göy qədər fərq var. Hələ də bilmirlər reallıqla təxəyyül arasındakı fərq yerlə göyü görən gözləriniz qədərdir-yəni genişmiqyaslı görərkən hər hansı bir mənzərəni, hər şeyi gördüyünüzü zənn edən siz deyilsinizmi? Hələ də bilmirlər dəliliyi gizlətmək olar. Hələ də bilmirlər düşüncəyə bəslənən sevgi nə deməkdir. Onlar üçün sevgiyə bəslənən sevgi var, ki o da sadəcə istəklərini qane edən sığaldır. Hələ də bilmirlər düşüncəyə  olan sevgidən doğur özünü xırdalıqlarda göstərən ən böyük fədakarlıqlar. Hələ də bilmirlər terminlərdə cəmlədikləri uzun-uzun cümlələrin bəzən bir hərfə belə dəymədiyini. Onlar üçün göydələnlər buludları gizlətsə də, gözəl göründüyü kimi, terminlər də fikirləri gizlətsə də, "ağıl" göstəricisidir. Hələ də bilmirlər özlərinin özünü, hardan bilsinlər ki, mənim özümü? 

February 20, 2014

My paragraph

Song says: "I`m falling safely to the ground"... And I think about:

Is the word "safely" consolation for the soul while you`re falling down involuntarily? This case is not for the people who born to be free but doomed to face solitude. Strange fate... But sounds nice


February 14, 2014

Bi` paragraf daha


Sahiplenmekten hep kaçtım. Kimseye sahiplenmedim. Sana bile. Kıskançlığım hiç bi` zaman sezilmedi. Her kes kendi rolünü hayatımda önemsiz zannetti. Kimseye sahiplenmedim. Dikkatim kimseyi boğmadı. Ego`m kendimden başka kimseyi kırmadı. Kimse sesini duymadı onun. Kimse peşinde beni görmedi. Ama... Ama hatırana öyle bi` sahiplendim ki, kimse aklımdan alamıyor. Garip değil. Ben zamanlarını karıştırmış ve geçmişini geleceğinde, geleceğini bugünde kaybetmiş biriyim belki. Ama hatırana öyle bi` sahiplendim ki, bende bile çözülemez hale geldi. Hatırana öyle bi` sahiplendim ki. Yoksun, değil mi?

Gün dolu abzas

Bəzən zəiflik tutar əlindən, sən ona "güc" adı verib sonuncu yarpağa çevrilərsən. Həyatdakı bütün mübarizələrinin yekunu-barı  ağacdakı  bu son yarpağı qorumaq olanların ürəyinə  ağrını, ağacdan düşməklə saplayarsan. Bura qədəri onların gördüyü mənzərə. Özünlə qaldıqda isə əlindən tutan zəifliyin səninlə doğmalığı olduğunu hiss edərsən. Sən "güc"sənsə, o da "güc"dür, amma toxunuş həmişə birini birinci ayırır. Gücdən qopan güc isə zəifliyi böyüdür.


February 10, 2014

Bucaqsız çərçivə / Həyatımdan



  Bu yazı 
"Yeni Sözçü" qəzetinin 12.02.2014 buraxılışında yayımlanmışdır.  

  



13-14 Yaşlarında olardım.Babamgilin balkonunda oturub babamla dama (şaşki) oynayardıq. Babam xəbərləri radiodan dinləməyi xoşladığı üçün balaca radionu da masanın üstünə qoyardıq. “Xəbərlər” saatına kimi mən FM`lərdə çalınan mahnıları dinləyərdim. Mənə dama oynamağı babam öyrətsə də, zamanla ona qalib gələcək qədər yaxşı oyunçuya çevrilmişdim.

Bir gün radioda türk müğənnisi Tarkanın “Bu şarkılar da olmasa” mahnısı səsləndi. Başımız oyuna qarışdığı üçün mahnıya fikir verməmişdim. Bir-iki gün sonra babam mənə dedi ki, gedək Tarkanın kassetini alaq. Bazarda bir tanışımız var idi, istədiyimiz kasseti babamla gedib sifariş edərdik. Təəccübləndim. Qətiyyən babamın tərzi deyildi Tarkanın ifası. Dedim : “Baba, nə əcəb?” Babam isə o gün radioda eşitdiyimiz mahnını bir daha dinləmək istədiyini bildirdi. Heç nə demədim. Getdik aldıq.  

Maqnitofonu tez-tez işə saldırıb mahnını təkrar oxutdurardıq. Bir gün mənə dedi ki, “Mənim balam, o mahnının sözlərini mənim üçün bir kağıza yaz. Türk dilində olduğu üçün hamısını ayırd edə bilmirəm”. Mən də yazdım. Sual vermədim. Kağızı alıb oxudu, sonra da “Monitor” jurnalının arasında gizlətdi. Hərdən bir babamın əlində kağız, oturub onu oxuduğuna rast gələrdim. 

Əmim rəhmətə getmişdi. Babamın xarici görünüşündəki, simasındakı zəhm və qəlbindəki yumşaqlıq arasındakı ziddiyyət sezilməzdi, amma mövcüd idi. Bu insanın ürəyini başqa dərdlər qubar etsə də, bilirdim ki, əmimin vəfatı onu yıxan ən güclü zərbədir. 

Əvvəllər elə bilirdim ki, o mahnıda babama təsir edən misralar “Bu şarkılar da olmasa,Telefonlar çalmasa,  Arkadaşlarım aramasa, N'apardım kim bilir?” – bu misralardır. İndi təkrar dinlədikdə anlayıram ki, babamın qüdrətinə və güclü ruhuna o qədər öyrəşmişdim ki, ona təsir edən əsl cümlələri uşaq vaxtı ağlımdan da keçirməmişdim. “Ben hassas adamım, yıkılırım işte. İçime dert olur, giden gidene...” – bəlkə də bu cümlələr idi o qüdrətə kölgə salan. 

Uşaq olduğuma görə özümü bağışlamıram. Axı niyə daha tez böyümədim? Axı niyə babamı o vaxt çəkdiyi gizli ağrılardan qurtara bilmədim? Hələ bu da azmış kimi, bəzən uşaqlıqımızdan şikayət etməyə də dilimiz var idi. Axı mənim uşaqlığıma bütün rəngarəng çalarları məhz zəhmi altında gizlətdiyi ağrılarda qovrulan bu insan – babam gətirmişdi. 

Mən deyəndə ki, “İtkisiylə barışmadığım yeganə insan babamdır”, hamı yəqin elə bilir ki, uşaq yaddaşıyla belə düşünürəm. Elə bilirlər ki, zaman keçdikcə o da unudulacaq. Axı özləri unudublar. Amma bu uşaq yəni mən, babamın sözlərinə çevrilən o mahnıdan öncə böyümüşdüm, sadəcə bunu etiraf etməyə yaşım çatmırdı. Buna isə təəssüflənirəm. Bəlkə kimsə təəccüblənməyəcək qədər güclü ola bilər, amma heç kəs təəssüflənməyəcək qədər güclü deyil.  

Babamın xatirəsini bir daha bu mahnıyla yad edərək səhər yelinə məni dinlədiyi üçün təşəkkür edirəm:

...................... 
Bu şarkılar da olmasa, 
Telefonlar çalmasa, 
Arkadaşlarım aramasa, 
N'apardım kim bilir? 
.....................
Ben hassas adamım yıkılırım işte 
İçime dert olur 
Giden gidene 
Ben hassas adamım yıkılırım işte 
İçime dert olur 
Giden gidene of.......