February 28, 2014

Bir abzaslıq nəticə

Hələ də bilmirlər "yaxşı əhval" ilə "xoşbəxtlik" arasında yerlə göy qədər fərq var. 

Hələ də bilmirlər "xoşbəxtlik ehtiyacıyla" "hüzur ehtiyacı" arasında yerlə göy qədər fərq var. Hələ də bilmirlər "gülərək üzülməklə"  "ağlayaraq üzülmək" arasında yerlə göy qədər fərq var. Hələ də bilmirlər reallıqla təxəyyül arasındakı fərq yerlə göyü görən gözləriniz qədərdir-yəni genişmiqyaslı görərkən hər hansı bir mənzərəni, hər şeyi gördüyünüzü zənn edən siz deyilsinizmi? Hələ də bilmirlər dəliliyi gizlətmək olar. Hələ də bilmirlər düşüncəyə bəslənən sevgi nə deməkdir. Onlar üçün sevgiyə bəslənən sevgi var, ki o da sadəcə istəklərini qane edən sığaldır. Hələ də bilmirlər düşüncəyə  olan sevgidən doğur özünü xırdalıqlarda göstərən ən böyük fədakarlıqlar. Hələ də bilmirlər terminlərdə cəmlədikləri uzun-uzun cümlələrin bəzən bir hərfə belə dəymədiyini. Onlar üçün göydələnlər buludları gizlətsə də, gözəl göründüyü kimi, terminlər də fikirləri gizlətsə də, "ağıl" göstəricisidir. Hələ də bilmirlər özlərinin özünü, hardan bilsinlər ki, mənim özümü? 

No comments:

Post a Comment