February 28, 2014

Hər sözdə bir hərfi dəyişən uşaq

Kult.az`da yayımlandı

Dəyişdi paltarın balaca uşaq,
Böyüdü, özünü qocaldı bildi.
Kimə soruşdusa, harda qalacaq?
Ürəyin qapısın döyə bilmədi.

Dəyişdi əynini  sevdiyi fəsil,
Yağışın götürüb yaza köç etdi.
Dünyaya gəldiyi gün payız idi,
Bəyazın görüncə, qışa köç etdi.

Dəyişdi ümidin rəngini soyuq,
Görəndə yayın da şaxtası olur.
Keçmiş də yolüstü fikir dəyişdi,
Biləndə  təzənin keçmişi olur.

Dəyişdi hər sözdə bir hərfi uşaq,
Təkcə bəxt sözünü dəyişdirmədi.
Dəyişən fələk də, kələk olunca,
Gülərək doğulan gülə bilmədi.

No comments:

Post a Comment