March 8, 2020

QADIN

Üzünün ürəkdən güldüyü hər an onun üçün bayramdır. Bunu paylaşaraq yoluxucu xoşbəxtliyə vəsilə olur.
Həyat gücünü sevgidən aldığı qədər nifrətdən almasına səbəb olsa da, duruşuyla bunu da süfrəsi kimi zövqlü servis edir.
Gözləmədiyi anda ana olur, gözləmədiyi anda fədakar bacı olur, gözləmədiyi anda son nəfəsini verə biləcək övlad olur, amma QADIN gözləmədiyi her şeyə möcüzəvi şəkildə hazır olur.
Niyə zənn edirlər ki, qadının əks cins olmadan əhəmiyyəti yoxdur? Bunun səbəbi isə qadın kim olur olsun, natamam olduğunu hiss etdiyi hər canlının yanında olmağa can atır. Olduqca da həm özü həm yanındakı əhəmiyyət qazanır. Düzdür, bəzən yenə fədakarlığından dolayı heç kəs onun əhəmiyyətinin fərqinə varmır. Olsun, qadın buna da hazırdır.
Qadın çox danışır, qoy danışsın. Onsuz da içindəki kədərin, ya da sevincin bir parçasını belə sözlər ifadə edə bilmir. Qadın şəkil verən olduğu uçun ona balaca da olsa bir meydan lazımdır ki, xarabalıqdan gözəlliyə çevirdiyi əsərini ortaya qoysun.
Qadın kimdir?
Kosmos kişilər üçün araştırma, tədqiqat alanıdırsa, qadın üçün gizli bağlantısı olan sirli və bir çox qadının şəkkinə belə getməyən enerjili bir yerdir. Ona görə QADIN Yerlə Göyü bir etməyə qadir ola bilir. Bu da onda əlaqəsini kəsərək alınır. Qadın Allah deyil, amma O'nun varlığının möcüzələrə vəsilə olduğu təvazökar isbatıdır.
Onu məcbur buraxsanız, əlindən gəlməyəcək, gücünün yetməyəcəyi heç nə yoxdur. Əngəl ola biləcək tək bir şey var, o da itirəcək heç nəyinin olmaması. Bu durumda kişilər güclü olsa da, qadınlar zəif olur. İkincisi isə, qadını bir qadın yetişdirirsə, mütləq və mütləq üfüqlərin ötəsinə gözlərini dikə bilməsi üçün onu yetişdirə bilməlidir. Bununla bərabər, ayaqının altını görməyi də bacarmalıdır.
Kişilərin beynindən həmcinsləriylə paylaşa bilmədikləri və bunu özlərinə sığışdırmayaraq küçümsədikləri bir düşüncə keçirsə, o düşüncənin cinsi də Qadındır. Nə qədər aşağılanıb gizlədilsə də, etiraf zamanı İnqilab kimi böyüyə bilər. Halbuki Qadın inqilab deyil, üsyan deyil, müharibə deyil. Bunlar bir qəlibdirsə, yeri gəldiyində Qadın bu qəlibləri də aşmaq üçün böyümüş iztirab sahibidir. Onlar 'məcbur' sözüylə sınağa çəkilməməlidir.
İnsaoğlu getdiyi yolda geri qayıtmaq üçün izini itirsə, qadın mütləq iləridə keçmişi görəcəyinə inandıraraq onun üçün yeni yol salar. Belə bir qəribə instinktləri olan canlıdır.

Mən istəmirəm bu yazdıqlarımı kişilər oxuyub qadınlar haqqında pozitiv fikirlərə qapılsınlar. Mən istəyirəm bu yazdıqlarımı analar oxuyub qızlarına bu Qadının şəklini versinlər...