January 31, 2014

Yine gölgene yazıyorum

Bi` bakıyorum, karşımdasın.  Sen ayakta duruyorsun, ben de merdivenleride oturup seni izlemekten zevk alıyorum. Gideceğini bilerek. Yani karşımdakı şu bağımlılık yaratan fiziğin ayaklarının kalbinden önce gideceğini biliyorum. Ne güzel  bir rüya! Oturup seni izlerken bi` de sigara olacaktı. Rüya ya, içime çekerken öksürük bozmazdı. Sarardım seni, kendi dumanımda kaybederdim. Ama uyandım işte. Mecbur olduğum tek şey bu: uyanmak.

Kayıp geçmişe olan sadakat, insanı gelecek hayatındakilere karşı bazen sadakatsiz  yapar. Kırılıp gidenler, yok olup gider. Olayı anlayanlar, yok olup gider. Bir bakarsın, her kesi geçmişe toplamışsın. Ama sadakat yine de çok uzakta gömülen geçmiş için sağlam. Acaip bir durum değil mi?

İnsan uzaktan izlemeyi bile özlermiş, biliyor musun? İzlenenin davranışı o kadar zevli oluyordu ki, etrafta ondan başka hiç bir şey duymayacak ve işitmeyecek kadar sakatlardı seni. Mesela, ceketini çıkarıp arabanın arka koltuğuna acele etmeden bırakıyordun, arabayı park ettikten 10-15 saniye sonra  arabadan iniyordun, asansörden bana arkanı dönmeden çıkıveriyordun, güzelliğinin farkında olup sana dokunmama izin veriyordun. Vedasız gideceğinden korktuğumu bilerek  bir “hoşça kal” demeden gitmen ve daha bir sürü kare. Yokmuş gibi uzaktasın, Kelebek.

Karakterinin renkleriydi hafızamda mevsimler yaratan. Abartmıyorum. Oysa karanlığımı kandıran kış çalmış kalbimi grisi ve beyazıyla. Hani diyorlar ya, hayat devam ediyor, daha çok renklerle tanışacaksın? Ama ben hiç gri, beyaz ve siyahın olduğu manzaralara mor, pembe, yeşil, sarı ve başka elvan renkler eklemem. Muhafazakarlığını kaybetmeyen zevkim var benim. Sanat olsaydı, belki ilave eder ve yeni bir akın oluştururdum. Ama hayat bu, unutmak denir sonra.

Benim geçmişte takıldığımı kimse fark etmez. Hatta farkında olmasalar bile, seni bana unutturmaya çalışanlar da geçmiş takıntısıyla yaşadığımı fark etmezler. O kadar güzel bi` gökkuşağıyım. Her kesin aklı kendi sevdiyi renge takılır ve aslında, bu gök kuşağının varlık nedenini kimse öğrenemez. Sanki onların hayatına renk katmak için doğan gökkuşağının doğarken göz kamaştıran renkleri, aslında siyah, gri ve beyaz.  Bu üç rengi kimsenin bilmemesi gerekiyor. Aslında en zevkli ve cazibe yaratan zemini de bu üç renk oluşturuyor. 

Şaşırıyorum. Her kes doğru sözlerle yanlış konuşmayı öğrenmiş. Ben doğru sözlerle bile seninle konuşmayı beceremedim. Vedalaşayım bari. Hoşça kal...

January 30, 2014

Qartopu oynayaq?

Qar yağır. Sürpriz olmasa da, onun haqqında danışmaq istərdim. Təsəvvür edin ki, həyatınızda sevilməsi məhz sizə qadağan olan bir obraz var. Niyə qadağandır? Çünki onun artıq həyatı başqa obrazla qovuşdurulub. Yəni başqasına məxsusdur. Siz ürəyinizi sevməkdən məhrum etmirsiniz, sevməyə davam edirsiniz, amma o obraza bir addım belə yaxınlaşmırsınız. Təsəvvür etdiniz? 

İndi mənim də qar sevgim buna bənzəyir. Evdən çıxıb havada rəqs edən qar dənəciklərini izləmək, ayağının altında xışıltısını qulaqcıqlardakı musiqinin səsi eşitməyə qoymasa da, əzərkən hiss edərək “eşitmək”, yağmadan öncə yaşatdığı soyuğun, yağdıqdan sonra buzlarda gizlədildiyinə inanmaq, işə çatdıqdan bir saat sonra isti bir qəhvə içmək hər kəsin təxəyyülündə canlansa da, mən qəhvə sevmirəm, ona görə də isti bir çay içərək pəncərədən davam edən rəqsi seyr etmək, düşünmək, xatırlamaq, yaxını xatırlarkən uzağı unutmaq, uzağı xatırlarkən yaxını unutmaq kimi səni haldan-hala salan bu havanı sevməmək mümkün deyil. Ancaq onun yağmağına ürəkdən sevinə bilmir insan, çünki yadına evsiz-eşiksiz, skamyaları yataq, yollardakı qaz boruları isə istilik mənbələri olan insanlar düşür. Bəyaz görünsə də, vəziyyəti çətinləşdirən bir olaydır qarın yağması. 

İnsanlığı düşünən, fədakar obraz yaratmaq istəmirəm bunları yazmaqla, çünki zəmanənin qəhrəmana ehtiyacı yoxdur hər şeyə rəğmən. Çünki zəmanə hər kəsin ağlını elə oynadıb ki, hər kəs özü öz qəhrəmanına çevrilib. Qəhrəmanlar küçədə soyuqdan donan pişik görsələr, evlərinin bir küncündə ona yer ayırıb onu xilas edə bilərlər. Ancaq soyuqdan donan başqa bir qəhrəman görsələr, ona etibar etməyərək donmağına göz yuma bilərlər. Etibarsızlıq. “Təcrübə” adı verənlər də var.

İndi hər kəsdə bir “yalnız” abu-havası var.  Evlisinin də, nişanlısının da, sevgililərin də. Sanki, yarını tapan, özünü ona kimi tam hesab edirdi. Halbuki gecə-gündüz yalnızlıqdan şikayət edən qəhrəmanlar da elə bunlar idi. Deyirəm bəlkə, indi yalan danışmaq asanlaşıb, bəhanələr təkmilləşib, unutduracaq vasitələr də çoxalıb? Bəlkə  duyğular azadlığa çıxıblar? Bu “bəlkələr” var ikən, hamı nədən şikayət edir bəs? Yəni niyə şikayət edirlər ki? Anlamıram desəm, az düşünür deyərlər. Amma mən nə qədər düşünsəm də, nəticələrimi insanların qeyri-sabitliyi dəyişdirir.

Bu barədə uzatmadan demək istərdim ki, məktəb vaxtı əzbərlədiyimiz qara aid şeirlər üçün darıxdım. Sanki hamı o şeirləri bilirdi deyə, dərsdən çıxanda bir-birinə qar atsalar da, heç kəsin inciməyəcəyinə də əmin idilər. Sanki hamı eyni hissləri yaşayırdı. Hamı üçün bir həqiqət var idi: qar yağıb, sevinmək lazımdı. Uşaqlıq səmimiyyəti. İki sözün birləşməsi, amma oturub səhifələr doldurmaq olar yenidən xatırlatmaq üçün. Deyirəm axı, niyə müəllimlər bizə qoşulmurdular. Susaraq çatdırmaq istəyirdilər ki, bu zövqü yaşamağı böyüdükcə sadəcə xatirələrdə axtaracaqsınız. Yenə də müəllim. Necə də, vaxtında onların çatdırdıqları şüuraltı ismarıcları anlamaq qabiliyyətimiz kifayət qədər güclü olmayıb. Təəssüf. Yox, yox. Təəssüf etməyim. Onsuz da vaxtından tez böyüyürük hamımız, bir də qar yağarkən sevinci unudub düşünməyə başlasaydıq, məktəbdən universitet diplomuyla məzun olardıq. Ciddi qəbul etmədiniz hər halda? 

Bugün avtobusda bir oğlanın əlləri üşüyürdü. Tez-tez əlini tutacaqdan çəkib nəfəsiylə isidirdi. Mən isə əlimdə əlcəklə möhkəm-möhkəm yapışmışdım tutacaqdan. Çıxarıb əlcəyimi təklif etsəydim, nə o qəbul edərdi, nə də  sərnişinlər düz başa düşərdi. Amma Azərbaycan dilində yox, ingilis dilində danışaraq özümü xarici kimi aparsaydım, hamı “Əhsən! Nə ürəyi təmiz xarici vətəndaşdır!”  deyərək məni alqışlayardılar. Düzdü, oğlan yenə də qəbul etməzdi əlcəyi. Özünə sığışdırmazdı. Ya üşüdüyünü hiss etdirmə, ya da sənə uzadılan əli qəbul et çünki üşümək təbii prosessdir. Mən öyrəşmişəm soyuqda üşüməməyə. Atamla əzəldən hansı fəsil olursa-olsun, soyuducunun buzxanasından suyumuz əskik olmurdu. Yəni mən o əlcəyi fədakarlıq edərək təklif etməzdim, sadəcə daha çox ehtiyacı olan birinə uzatmış olardım. 

Bir açıqlaması var: Tanışlar və yadlar. Olarlar və olmazlar. Elə deyil mi? Yer kürəsinin içində bir yaşamağa etiraz etmirik, amma həqiqətən də ehtiyac duyulanda bir (eyni) düşünməyə etiraz edirik. İnsan xisləti. Nə? Pardon, yenə ağlıma başqa bir şey gəldi. Yayınmayım söhbətimdən.

Bildim! Bu yazını facebook-da məhz oxumasını istədiyim tanışlar, məktəb xatirələrimin qəhrəmanları, dostlar, o qədər də yaxşı tanımadığım insanlarla paylaşacam! “Tag” etməkdən xoşum gəlmir, amma məhz bu yazıya onları “tag” edəcəm. Bugün sentimentallaşdım deyəsən bir az. Hələlik.

January 27, 2014

Yüngülvari müşahidə

Qulaqlıqlar... Süni salınmış cığır  və təsadüfən qarşıma çıxan bu daşın üzərindəki yarpaq. Yalnız görünür.  İstəmirəm “ağıllı” görünərək deyim ki, bəs yağışlı havada çıxdığım piyada gəzinti məni çox düşündürdü və aşağıdakı fikirlərə gəlib çıxdım. Xeyr. Mən o anın zövqünü başqa düşüncələrlə yaşamışdım. Lakin rəsmini çəkdiyim bu yarpağa evə gəldikdən sonra nəzər saldıqda, ağlıma aşağıdakı fikirlər gəldi:

Insanı yalnız görəndə cəmiyyət üzvləri öyrəşib ki, səbəbini sevdiyin adamdan ayrılmağa bağlasınlar. Çox gülünc bir təxmin olsa da, belə anlaşılır ki, yalnızlığı sevməyən cəmiyyət yalnızları da sevmir. Bilmirəm niyə, ancaq beləcə yalnızlığın dəyəri gözümdə artır. Üzgün sifətlə səni görsələr, anında elə biləcəklər ki, sevdiyin adamla mübahisən düşüb deyə qəmlisən.

Yəni həyat o qədər tək budaqlıdır ki, orda sevgi uğursuzluğundan başqa gənc adam heç nəyə üzülə bilməz? Mənə elə gəlir ki, məhz bu qədər dar düşünən insanların düşüncəsidir tək budaqlı. Həyatın isə düşündürəcək çoxlu budaqları var. Bu budaqların üzərində ən azından bir neçə saniyə dayanıb onları tanımasan, çətin ağacın ən üst budağına qalxa biləsən. Çünki ayağını necə gəldi atsan, zəif budaq səni yenidən ağacdan sala bilər. 

Bir dəfə universitet vaxtı, qrup yoldaşlarımdan biri (qız) mənə birbaşa belə bir sual ünvanlandırdı: “ Ləman, sənin heç problemin olmur? Heç üzülmürsən?”

Qaldım baxdım sualı mənə ünvanlayan şəxsin üzünə və həmin anda nə çox problemimin olduğunu xatırladan bu suala. Cavabım belə oldu: 

“Əgər mən dərsə gəlib-gedə bilirəmsə, deməli problemdən güclü çıxıb yıxılmamışam. Əgər bura gələ biləcək qədər gücüm varsa, onda niyə üzgün olum? Guya mən bura üzgün gəlib problemimi səninlə paylaşsam, sən mənə kömək edəcəksən? Uzaqbaşı evə gedib yemək yedikdən sonra mən yadından çıxacağam...” 

Elə bunları demişdim ki, gördüm qız üzünü çevirib başqa qızın sualına cavab verir. Yəni diqqətini məndən uzaqlaşdırıb. Ona görə “İçim özümü yandırır, çölüm özgəni” qəlibinə uyğun insanlara daha çox rəğbətim var. Güya ki, hər kəs sənin dərdini bilsə, bir çarə qılacaq? Yox, əlbəttə ki. 

Yalnızlıq barədə danışaq bir az. Bəzi dırnağarası şəxslərin yalnızlığın yaxşı əlamət olmadığını iddia edərkən gətirdikləri “Yalnızlıq Allaha məxsusdur” fikri isə məni tamamilə hövsələdən çıxarır. Bu nə səbəbdir, ay insan?  Durub Adəmlə Həvvanı da sitat gətirirlər. Nə əlaqə? Hər kəs öz həyatına və seçiminə bir şeyə əsaslanaraq qərar verir. İndi siz deyirsiniz ki, kimsə yalnızlıqdan da zövq almağı bacarırsa, o artistlik edir? Niyə? Nəyinə lazımdı? Fərdin cəmiyyətə təsiri, cəmiyyətdəki rolu və s. “bla bla bla”larla çalışırlar insani evlilik fikrinə sürükləsinlər. Türklər demiş “Hadi be!”. Evlənmək istəyən evlənsin, istəməyən isə öz həyatını yaşasın. Çünki ailə qurmağa hazır olmayan şəxsi “tırkalayıb” evliliyə sürüklədikdən sonra heç biriniz gəlib onun yükünü daşıya bilmədiyi həyatda onunla çiyinbəçiyin dayanmayacaqsınız. Səhvi olsa, qınayacaq, boşansa dalıyca min cür şər-böhtan çıxaracaqsınız. Odur ki, daşın üstünə düşən bu yalnız yarpaqda hər hansı bir cazibə görürsünüzsə, yalnızlığa bir müddətlik də olsa önəm verən, onda gözəllik görən insanın düşüncəsində də o cazibəni sezməyə çalışsaq məncə daha yaxşı olar.  Əgər kütlə nəzəriyyəsi hər zaman hakim olsaydı, o zaman səhnədə alqışlanacaq heç bir obraz tapılmazdı.  İndi isə bir məsələ də var: Kütlə ayılıb və hamı fərd olmaq istəyir. Bu da səhvdi. Çünki bu istək ortaqlığı yenə də hamını gətirib kütlədə birləşdirir. Bu isə sonranın mövzusudur. Hələlik isə rəsmə baxıb yarpağın daş üzərindəki mövqeyindən zövq alaq.

January 23, 2014

Uşağam bugün

Bəlkə də səsimdə daşınır yükün,
O qədər ağır ki, dinə bilmirəm.
Məgər mən uşağam, bu ağır yükün
Deyim ki, altından qalxa bilmirəm?!

Bəlkə də əlimdən çıxacaq bu gün,
Dünəni ömrümdən silə bilmirəm.
Məgər mən uşağam, ağlayım hər gün
Gedənə deyim ki, mən də gəlirəm?!

Bəlkə də quyuya daş kimi düşüb,
Torpağa çatmaqçun yenə batacam.
Məgər mən uşağam, palçığa düşüb
Valideyn əliylə kir atacağam?!

Publika.az saytında yayımlanan məqaləm: "Daş atanın daşı"

PUBLIKA.AZ  - linkə tıklayarak keçid ala bilərsiniz



Daş atanın daşı indi uzaq gedir
Ölən ölür, daşı ondan qabaq gedir.

Hər gün sosial şəbəkələrdə statuslardakı fikirlər xəbərlərdə verilən informasiyadan daha geniş anlamı cəm edir özündə. Yəni bu statusların müəlliflərinə elə gəlir ki, gündəmdəki söhbəti ən doğru şəkildə bunlar “tutublar” və rəngarəng rəyləriylə xəbərin vurğusunu artıra bilərlər. Düzdü, bəzən doğru hədəfə vuranlar da olur. Onlardan da bəzilərini vaxtında çox tərifləsən, növbəti bir hadisəyə bildirdikləri rəydə vurub gözünü çıxaracaqlar. Qısası, “mərdi qova-qova namərd edən” cəmiyyət üzvləri, indi də ölənin arxasınca daşı elə atır ki, fantastik bir şəkildə daş ölüdən qabaq çatır o biri dünyaya. 

Yəqin ki, ilk abzasımın son cümləsindən aydın oldu mənim nə barədə danışmaq istədiyim. Çox istərdim hamının “mövzuya” çevirdiyi mövzunun başqa aspektlerindən mən də bəhs edəm, ancaq lənət şeytana. Xasiyyətim pisdi, ölünün dalınca danışmağı xoşlamıram. Bunu edənlər özlərinə “onu (ölü də olsa) tənqid etmək lazımdı ki, gələcək nəsil eyni səhvləri etməsin” haqqını qazandıraraq bülbül kimi rəy-rəy ötə bilərlər. Ancaq mən ədalətin özünü gizlətdiyi bu dünyada özümün yarada biləcəyi ədalətin əleyhinə deyiləm. Əgər bir insan yaşamına son verərək özünü layiq görmədiyi mühitdən ayırırsa, varlığını silirsə onların arasından demək ki, onun öz müdafiəsinə qalxa bilməyəcəyi mühitdə sağ qalanlar onun dalınca çox danışmamalıdırlar. Nə boğazdan yuxarı tərifləyin, nə də ki, boğazınızda sümük edin. Adam öldü. Xəbər çıxdı. Tənqid edən tərəf bir dəfə tənqid etdi. Müdafiə edən tərəf müdafiə etdi. Söhbət bağlandı. Niyə uzadırsınız?

Deyəsən, cəmiyyət elə özü öz düşmənidir. Əgər kiminsə varlığının və yaşarkən göstərdiyi fəaliyyətin əleyhinə idinizsə, o sağ ikən güclü mübarizənizi indi statuslarınızı bəzəyən fikirlərdə nümayiş etdirəydiniz. Həqiqətən, müşahidə edərkən, yəni qıraqdan baxarkən iyrənc görünür ölüm mövzu olduqda “ariflik” dərəcəsi qazanmaq istəyənlər.

Cəmiyyətin zövqü olmalıdır. Keyfiyyəti keyfiyyətsizlikdən ayıran zövq. İndi belə bir mənzərə var ki,  maddiyyatda zövqlü olanlar, mənəviyyatlarında zövqsüz hisslərə ya da instinktə malikdirlər. Mən deyirəm ki, insanın zövqu onun bütün ruhuna yayılmalıdır. Həm maddi dünyasında, həm mənəvi dünyasında özünü göstərməlidir. Əgər uyğunsuzluq varsa, demək ki, özünü aldatmaq vərdişi insanların qanından təmizlənməyib. 

Günahsızlar və günahkarlar. Ha ha ha. Həqiqətən, özlərini təmiz hiss edənlər, başqalarını çirkaba buladıqda özlərinin bulaşmayacağınımı düşünürlər? Təəccüb etməyi tərgitmişdim, amma deyəsən yenidən başlayacam öyrəşməyə. 

Çox uzatmayacağam. Təəssüf ki, elə bir tendesiya var ki, yanlış fikrə sadiq qalanlar doğru fikri dinləmir və gözlərinin oxuduqları cümləyə reaksiya verirlər. O cümlələr gedib beynin süzgəcinə düşmədən beynin xaricində qalırlar. Gözlərdə qalırlar. Gələcək nəsil. Mükəmməl cəmiyyət. Bir baxın, görün bəlkə sizin atdığınız daşları götürüb gələcək nəsil də sizin ardınızca atmaq istəyəcək? Bilmirəm. Bəlkə də istəməyəcək. Keçmişin gələcək nəsli bugün sizsiniz və hələ də daş atırsınız, sizin də gələcək nəsliniz sizdən olub daşı özünkülərə atmayacaq. Yenə də iki və ya daha çox cəbhə yaranacaq, yenə  gələcək nəsillər özlərindən sonrakı gələcək nəsli düzəltməyin dərdinə qalacaqlar. Zəmanəsini yaşayıb, özünü düzəldən yenə də nadir tapıntıya çevriləcək. Bunu görməyənlər indi zəmanənin “Nostradamus”larıdır. Görənlər isə “uşaq-muşağı”. Heyf.