September 3, 2017

Gedənləri saxlama...

Söz verərək gedənləri saxlama,
Əllərində ürəyinlə gedirlər.
Boş sinəni ümidlərlə dağlama,
Geri ancaq yuxularda gəlirlər.

Həm gedən ol, həm gələn ol, həm ölən,
Qoy fələyin ağlı çıxsın başından.
Həm görən ol, həm eşidən, həm bilən,
Qoy desinlər, tez böyüyüb yaşından.

Bu dünyada çox da ayaq saxlama,
Qocalırsan, "vaxtı yetdi" deyirlər.
Gəncliyini xoşbəxtliyə bağlama,
Oyanırsan, "qismətdidə" deyirlər.