October 14, 2016

Düşüncə

Axı mən kiməm ki, yadında qalım?
Nə qızıl balığam, nə qızılgüləm.
Nə külək ətrimi hər yerə yayar,
Nə qırmaq nəfsimi özünə çəkər.
Axı mən kiməm ki, yadında qalım?
Ne Aydan gözələm, nə də Gözəlçə.
Axı mən kiməm ki, yadında qalım?
O dayaz yaddaşa sığmaz düşüncə.
Axı mən fikirəm, mən cümlələrəm.
Axı mən kimsəyə boyun əymərəm.
Mən heç bir qəfəsə yuvam demərəm.
Axı mən kiməm ki, yanında qalım?
Addım at, uzaqdan səni çəkərəm.
Bir uzun yol düşün, çox uzun bir yol,
Mənimlə başlayar, səninlə bitər.
Axı mən fikirəm, mən cümlələrəm.
Sonunda səni də mənimsəyərəm.
Axı mən kiməm ki, uzaqda qalım?
Düşünsən, beynində qana dönərəm.
Özümü unudub sənə dönərəm,
Səni də unutsam, qanadlarım var
Çırpınıb yağışa qara qarışıb
Yarpağa, torpağa, palçığa dönüb
Özümden keçərək, sənə dönərəm.
İnan ki, dönərəm sən olaram mən.
Axı mən kiməm ki, yadında qalım?
Çox böyük fikirəm, kiçik düşmərəm.
Yadında qalmasam, köçüb gedərəm
Başqa bir yaddaşın kilidin qırıb
Anını ömrünə düyünləyərəm.

Notlar

Məzarda susuzluq çəkir ölülər,
Göyden musiqinin hərfləri yağsın.
Yadıma yalnızlıq salır dirilər,
Qəlbin hovuzuna duyğular axsın.

Bəlkə yaddaşımda, bəlkə əlimdə,
Dünyanın ən nəfis qoxusu qalsın.
Bilmirəm fələyə mən necə deyim,
İsladıb yağışdan qorxumu alsın.

Dünya yaranıbdır bətnində sual,
Əsrlər gözləsin, həqiqət doğar.
Dünən də, bugün də ağzına su al,
Hər cavab bir az da üfunət qoxar.

Bir gün gələr

Bir gün yollarıma yağar yağışlar,
İzin də, tozun da yuyular gedər.
Düşər pəncərəyə islaq baxışlar,
Kölgən ürəyimə toxunar gedər.

Bir gün ölüm gələr qanadı qırıq,
Ən gözəl qanadı qoparıb gedər.
Qopsa da köksündən göyə hıcqırıq,
Yaşamaq həvəsi çoxalıb geder.

Bir gün sən özünə, mən də özümə
Qayıtsaq, fələyin çarxı tərs dönər.
Birdən güvənərsən özgə sözünə,
İçində parlayan ulduzlar sönər.

Bərəkət də olsa, insanlar üçün
Payız, çiçəkləri ömründən edər.
Sən də bir payız ol, mən qərib üçün,
Ömrüm yarpaqların qurbanın eder...

Yaklaşıyor...

Yaklaşıyor...
Hem doğum günün, hem hatıraların...
Yaklaşıyor...
Hem tebessümün, hem yürüyüşün...
Yaklaşıyor...
Aklıma hükmeden gölgen...
Yaklaşıyor...
Zamanla seni uzaklara götüren adımların...
Yaklaşıyor...
Önce ben giderim, kaçarım dedirten şeytan...
Yaklaşıyor...
Gözlerinde anlam arayan gözlerimin ışıltısı...
Yaklaşıyor...
Ulaşılır bildiğim dağların üzerine kara bulutlar...
Yaklaşıyor...
Zekamdan korkulur dediğin son cümleler...
Yaklaşıyor...
Yine sana söylemeye cesaret edemediğim itiraflar...
Yaklaşıyor...
Sevmekten kaçarak seni sevdiğini düşündüren yüreğim...
Yaklaşıyor...
Bir kalem, bir kadeh ve bir türlü çizilmeyen kağıtlar...
Yaklaşıyor...
Yaklaşıyor...
Sensizliğin yıldönümü yaklaşıyor...