June 29, 2013

Bəzi müşahidələrimdən doğan fikirlərimi qısa olaraq facebook-da status kimi paylaşıram. Bu da onlardan bəziləri...

*** Yürek boş olduğunda aynaya, dolu olduğunda pencereye bakan insanlar değil miyiz?

***  Geçmişin ipleri koparmak için uzanan elleri var.

***  Düzəlməyəcək... Əyrilər düzələndə belləri ağrıyır. Düzəlməyəcək amma öyrəşiləcək.

***  Görmedin diye o kadar çok uzaklaştım ki, uzakta değil, uzayda olduğumu düşünüyorum.

***  Bazen soru sormanızı o kadar çok isterim ki, cevaplarını düşünmem bile. Amma sessizliğiniz cevaplarımı bana karşı bile sertleştirir. Susarım hep. Sorsanız bile, susarım. Ya da yalan söylerim. O kadar çok susarsınız ki!

***  Uşaq vaxtı güzgüyə baxmaq ehtiyacı hiss etməzdik. Təmənnasız sevilir, sevilməsək də bundan xəbərimiz olmurdu. Çünki başımız oyunlara, anlamadığımız böyük mübahisələrinə qarışaraq keçirdi. Bəlkə də bizi güzgülərlə tanış edən, anlamadığımız böyüklərin rolunu yamsılamağa çalışmağımız oldu. Sonra öyrəşdik. Sonra da uşaq halımız qaldı güzgüdə, böyük halımız isə bilmədi güzgüyə inansın, ya onu min cür görən gözlərə.

***  Qınaqşünasların da bilməli olmadıqları məqamlar var.

***  Kaşki cibi dolu, baş boş olaydım.
        Oğrular cibimdən alaydı səni...

***  Sizə elə gəlmir ki, həyatınızın axışı başqalarının həyatının axışı üçün bəhanədir? Ya da sizin həyatınızın axışı başqalarının yalanlarının yönləndiricisidir.

***   Düşüncələrinizdə o qədər çox pəncərə və qapı açdılar ki, öz beyninizdə belə, küləklərin əlindən rahat otura bilmədiniz. Mən demişdim! Məsələ dərindən duymaqla dərindən öyrənmək arasında fərq-pəncərənin qapıdan fərqi kimidir.


***  Xristian şəraba “holly” dedi, müsəlman “Quran”a. Bu dünyada bir tərəf sərxoş, digər tərəf ayıq olduqca, sərxoşlar ayıqların beynini yuduqca, ayıqlar sərxoşlara “kafir” dedikcə, balans “qorunacaq”. Sonra da ki, ikisinin də “inandığı” qiyamət günü gələr yəqin...

***  Hadi bakalım, hayat! Gel, hatırlayalım anlaşmamızı: kalbimi verecektim sana, kırmak için. Ama kafama (aklıma) dokunmayacaktın. Ne oldu?

***   Kuş olup uçmak isteyen, uçamadı. Aslan olup yönetmek isteyen, yönetemedi. Kurt olmak isteyen sürüsünde yaşayamadı. Bi` tek çakallara şans verdi bu dünya, hayvanlığın tadını çıkarmak için. Bi` kere, hayvanca olsa da, tad çıkara biliyor bu çakallar.

***   Kaybedecek bi` şeyi olmayanlari taklit etmek isterken, kaybedecek bi`şeyi olanlar dünyaya felaketini yaşatır. Böyle bi` disbalans yani...

***  Bacardıqca uzağa qaçın. Mən yaxında deyiləm.

***  Sözlərimi tərk etmişdim. Dörd divara baxdım, hamısına geri döndüm.

***  Ya dramından komediyanı çıxarıb ancaq faciəni oynayacaqsan və səni yenə də anlamayacaqlar; ya da dramından faciəni çıxarıb komediyanı oynayacaqsan və sənə “dünya vecinə deyil”  damğası vuracaqlar. Çünki onlar sənin dramını yox, ya faciəni, ya da komediyanı izləmək iqtidarındadırlar. Çünki onlar Sənin yox, parçalarının aclığını çəkirlər.

***  Şehre terk edilmişlerin bi` suçu yok. Şehir de terk edilmişdi. Ama bi` tarzı var insanlığın: silahı bıraksa da, taşı hep kullanır yaralamak için. Mesele de bu ya! Gökten yere taş yağmaz, yerdekiler göye taş atar ve yaracağı kafanın kalbe kadar çatlayacağını umursamaz. P.S. Şehir içinde ve dışında olanların hep “zarif” bi` kavgası  vardır. Kendi aralarında...

***   Gözlərin çəkdiyini heç bir kamera çəkmir.

***   Bazı şeyleri anlamak için fazla büyümüş oluruz.

***   Bazılarının yaşlandığını sadece ben görürüm. Kimse benden önce yaşlanmadı ki...

***  Ya Aşık Veysel, bu misrayı unutmuşsun: Ben gülerim, izim kalır. Yuzum beni hatırlasın.

***   Bazıları hayatın çerçeveleriyle oynarken, bazıları içinde çalkalanıyor. Ya sabreder çerçevenden çıkmazsın, ya çalkalayanları istediğine kavuşturup çıkar ve dağılırsın, ya da çıkmadan önce dağılmayacak kıvama getirirsin kendini. Öyle yani... Başka yolunu bulursam, yazarım.

***   Geçmişte biz de vardık. Çocuktuk, değiştiremedik. Geleceğin de mazereti aynı...

***   Geçmişte hepinizden vardı. Bugüne de taşındınız. Geleceğin de sizden kurtuluşu yok. İnsan insandan doğar, aynı anda iki şey da daha : iyilik ve kötülük doğar. Eski bir jenetik akın.

***  Peşimize taktılar şu hayatı! Kimini cennete, kimini cehenneme kadar kovalar. Bazıları nereye kaçtığını da bilemez bazen. Ama her kes kaçar. Melekleri şaşırtacak kadarız bazen: hem iyi, hem kötü anlamda.

***  Piano məktəbini atmaqla yalançı satqınlara qarşı böyük addım atdığını düşünən 3-cü sinif şagirdini, yəni məni həyat bir dəfə öyrəndiyim musiqi dərslərini unutdurmaqla aldatdı, bir dəfə də tez böyüməyi arzulatmaqla. İnandım ki, uşaqlıqdan qarşımızda soyunan həyatı heç çılpaq görmək istəmədiyimizdən, nə qədər böyüsək də, içəridə bir yerdə uşaqlığımızı gizlədirik. Çünki öyrənmək istədiyimiz üçün həyatı soyundurur, ondan iyrənməmək üçün ona uşaq gözüylə baxmaq ehtiyacı duyuruq. Bu da bizim tarazlaşma instinktimiz.

*** Yollar ayrılmağa başladığında, insanlar yolun üstündə durduqlarına görə bunun gec fərqinə varırlar. Mənzərəni təsəvvür etmək balansı olmayan, anlamaz.

***  Saxtalaşan hər şeyə originalı necə başa salasan? Saxtalaşmış bir “öz”, original “öz”də də saxtalıq axtaracaq.

*** Uşaq vaxtı dənizdə kimin suyun altında daha çox qalacağını yoxlamaq üçün qardaşımla yarışardıq. Mən həmişə bir az daha çox qalardım və mən çıxmadan bir az öncə çıxan qardaşım, mən çıxmaq ərəfəsindəykən qoymazdı çıxmağa. Nəfəsim çatmırdı deyə uşağı cırmaq-cırmaq etmişdim. Böyümək belə deyil. O zaman öz canının hayına qalırdınsa, indi cırmaqların vicdan əzabını daşımamaq daha önəmli olub. 

***  Teeccublenenlere həyatı daha öncə kimsə anlatmadı demək ki. Onların payına yaşamaq, mənim payıma isə lentə almaq düşdü. Onların payına əsəbləşmək, mənim payıma müşahidə etmək düşdü. Onların payına sevinmək, mənim payıma isə tələsməmək düşdü.Onların payına üzülmək, mənim payıma isə gözləmək düşdü. Təəccüblənənlərə niyə həyatı daha öncə heç kəs anlatmadı? Təəccüblənənlərə həyatı daha öncə kimsə anlatmadı demək ki...

*** Uşaq vaxtı məhəllə uşaqlarıyla qaçış üzrə yarışardıq. Bir dəfə mən möhkəm çırpıldım yerə. Bir anlıq nəfəsim kəsildi zənn etdim. Amma o anda reaksiya verə bilmədiyimə görə uşaqlar hamı gülüşməyə başladı. Nəfəsim qayıdan kimi mən də başladım gülməyə, bir qram da gözümdən yaş gəlmədi. İndi başa düşürəm, yıxılarkən aldığın zərbələr deyil səni güclü edən, yıxıldığında əli baltalı insanları görməkdir səni ayağa qaldıran.

***  Tarih size sadece fazla kelime bırakmadı. Ama siz sadece onları aldınız...

*** Qara klavişlərin səsi anidən gələndə, güclülər də diksinir.

***  Dünyada natarazlığı-gülənlərin ağlayanları eşitməməsi-yaradır. Başqa heçnə.

***  Satılık olmayan kalpleri, ya hırsızlar ziyaret eder, ya da “barbarlar”

***  Tanımadığın düşmənlərin yetişməsi-sənin laqeyd yanaşdığın insanların səni tanımamalarının nəticəsidir. 

***  Ömür geçer, susanlar hep geç kalır duymayacağını düşündükleri insanlara.

*** Aslında, bazı  sorularımız var ki, boşu-boşuna uğraşıp dururuz cevaplarını bulmak için. Cevaplar nedir, biliyor musunuz? Sizin aradığınız soruların cevabı, cevap almak istediğiniz kişilerin aradığı başka soruların cevaplarıdır. Yani ya bi` yerinde bu trenden inersin, ya da hep o hızındayken peşine düşersin. Bazen bir istasyonda durur ve idare etmek imkanı yakalarsın. Ama sonra bir gün senin de yerini kaparlar. Durum karışık, evet.  Kısacası, siz hayatın  sınav kağıtlarını ne kadar doldurursanız, doldurun, doğru cevaplar sadece Öğretmenin bilincinde saklıdır. Oraya ulaşmak mı lazım? E, biz napıyoruz? O kadarını da bilemem artık. Gerisi size kalmış.

***  Bazen inanmak istersin ve görünceye kadar inanmazsın. Bazen gördükten sonra inanırsın ve inanmayıncaya kadar görmek istemezsin. Ama zaman da seninle beraber inandığına alışdıysa, gördüğünü unutmak bir az zor olur.

*** Mikrofonunuz yüreğime tutun! Söylenecek bir-iki lafım var...

***  Selamımız vardı, aldılar o da gitti.

June 27, 2013

Çox qəribə sahildi! Ya da dünyadı!


Bəzən bütün insanları bağrıma basmaq, “nə yaxşı ki, varsınız” demək istəyirəm, ancaq məhz bu fikir ağlımdan keçəndə onlar özlərinin ciliz, maraqsız və kinli portretlərini nümayişə çıxarırlar. Təsəvvür ediləcək bir hal olsa da, yaşanmasını ancaq nikbinlikdən bədbinliyə göz qırpımında keçid alan insanlar bilər, hiss edər. Bu keçid əhvalını heç sevmirəm. Qulaqcıqlardakı musiqidən başqa heç nə xilas etmir insanı. Musiqiylə isə o qədər dərinə gedirsən ki, nəhayət tək qalırsan. Biri sənə deyir ki, sən də o bəyənmədiyin insanların qopduğu bütündən bir parçasan. Burda nə işin var? Sahilə üz...

Sahildə o qədər çox insan yarışır ki, mən bəzən hansı yarışdan hansı yarışa keçid aldığımı tuta bilmirəm. Qaçanların hərəkətdə olan ayaqlarından başqa, sopa tutan əllərini görməzlikdən gəlməliyəm, çünki yarışın ümumi mənzərəsini görüb digərlərini də xəbərdar etmək qaydalara ziddir. Məsələn, çörək alarkən sənə “xırda” əvəzinə kibrit ya da saqqız verənlər haqlı, satıcıya 3 qəpik əskik vermiş olan sən isə, haqsızsan. Məsələn, nənəsi, anası və atasıyla birlikdə bulvarda gəzməyə çıxan uşaq, əlindəki şirniyyatı yerə atdı deyə onu əllərindən vuran və küçənin ortasında onu danlayaraq uzaqlaşan ailə haqlı, oturduğun yerdən qalxıb ayaq altında tapdanmasın deyə o qırıntıları toplamaq vəzifəsini yüklənən sən isə haqsızsan, gülünc görünürsən. Məsələn, namus söhbətinə görə ailənin ən əziz üzvlərindən birini öldürən digər üzvü, cinayəti vacib edən “ponyatka” yaradanlar üçün haqlı, ailənin ömürlük qınaq obyektinə çevriləcəklərini və acını unutmaq üçün fürsət tapmayacaqlarını düşünənlər isə haqsızdırlar. Bu ziddiyyəti görüb qəbul edənlər -“hamı necə, sən də belə” misalıyla yoğrulanlar - haqlı, bu xəmirdən qopmaq istəyənlər isə “demaqoq” olaraq haqsızdırlar.

Bu sahilin marşında “palaza bürün, elnən sürün” kimi qeyri-adi bir misra var. Bir zamanlar kiminsə kinayəsinin, sarkazmının məhsulu olan bu cümləni, sahildəkilər  özlərində “assimilyasiya” edib hər kəsə məsləhət verirlər. Sanki sağalmaq üçün hər kəsə verilən, əslində zəhər olan dərmandır. Ya anlamadıqları şeydən qorxduqları üçün həddindən artıq hörmət edirlər, ya da anlamadıqları şeyi anlamış kimi görünmək üçün onu “qarışıq” və “maraqsız” olmaqda iddiham edirlər. Bu sahil yeganə sahildir ki, ulduzları səmadakı ulduzlardan fərqlənir: sahildə  parlayan ulduzu da özləri təyin edirlər, onu daha da parlamağa təşviq edirlər, sonra ən parlaq anında üzərinə keçmişdən bir tor atırlar və o torda çırpınaraq sönən ulduzun məhvinə səbəb olurlar. Sahildəkilər palaza bürünməyənləri cinayətə təşviq edən “məsumlardır”. Ancaq palaza bürünməyənlərin də bir-birindən fərqi ondadır ki, hamısı iradəli deyil, bir az da zövq problemləri var. Sahil elə bir yerdir ki, orada “səs-küy” zövqün səsi kimi də özünü qələmə verə bilər. Dirijorsuz və notlarsız orkestr kimi. Bu sahildə bəzi palaza bürünməyənlər də, nə keçmişin hörmətə layiq məqamlarının fərqinə varırlar, nə də gələcəkdəki izlərinin necə təsir saxlayacağını veclərinə alırlar. Yəni bunlara “anın məşhurları”, “anın yazıqları”, “anın xoşbəxtləri” də demək olar.  Bir də “anı yaşayanlar”ı görsəydim... Onlara heç təsadüf etmirəm bu sahildə. Nədənsə onlar yaşadıqları anı həmişə uzatmaq istəyirlər. Di gəl ki, onların yerini “laqeyd”lər doldurur. Laqeyd qrupu da var bu sahildə. Həmişə lazım olmayan məqamda, birdən-birə fikir sahibi olurlar. Real həyatda dişləri arasında qalan dilləri yerinə, virtual həyatda klaviatura dağıdan barmaqları danışır.  Gülməli də olsa, bu sahildə “pis adama heç nə olmur, yaxşını da Allah saxlayır”.  Pisi yaxşıdan, yaxşını da pisdən fərqləndirən əslində, ümuminin xüsusiyə ayrılması və bunu qəbul edib etməyənlər qrupunun yaranmasıdır. Yoxsa ki, burda “pis” sözünün də, “yaxşı” sözünün də kökünü qoparıblar. 

Facebook-da paylaşdığım statuslarla bağlı bir dəfə dostluğumda olanlardan biri mənə sual verdi: “Sənin yazılarını oxuyuram, çoxlarıyla da razılaşıram. Ancaq sən niyə bu qədər yazırsan ki? Nə dəyişir ki?”
Heyf ki, həmin anda Sokratın bütün fikirləriylə tanış deyildim, yoxsa ona cavab verərdim ki, “Kimsəyə heç bir şey öyrədə bilmərəm, yalnız onların düşünmələrini təmin edə bilərəm.” Bir də o uşağın öz-özünü təkzib etməyinə gülmək tutur adamı. Madam razılaşdığın məqamlar var, niyə yazmağımı istəmirsən? 

Bütün fikirlərimə olan bir bəndlik rəyim keçdi ağlımdan: 

Tez ol, yum gözünü, say yüzə kimi,
Qoy mən yavaş-yavaş köçüm keçmişə.
Günü günə satdım, vaxtım çox kimi,
Qorxuram heç mən də çatmayım yüzə.

Çox qəribə sahildi... Ya da dünyadı...! Cazibədar, maraqlı, ziddiyyətli, həyəcanlı ... Bəlkə də onu anlamadığımıza görə gözümüz qorxub və yaşamağa davam etmişik. Yoxsa ki, bizdə olan bu “şikayətcillik” varkən, necə olub kütləvi intihara imza atmamışıq? Çox qədim zamanlarda (fikrim özüm üçün köhnəlib) demişdim ki, öyrənməsi və tərbiyə etməsi gərəkən ruhunu unudan insan, dünyaya gəldi-gəlmədi, özündən başqa hər şeyi öyrənməyə başladı. Necə demişəmsə, elə də qalıb .

P.S. Bir də bu yazılarımın sonundakı smaylları yığışdırmasalar, əla olar, məmnun olaram. 

June 20, 2013

Qəflət Yuxusu

O gün nəfəsim də yolunu azdı,
Hiss etdim, özümdən qaçasım gəlir.
Dostlara boylandım, dilim qatlandı,
Hiss etdim, nə yaman susasım gəlir.
Mənə sevinc verdi, əvəzin aldı,
Hiss etdim, haqqdan da qaçasım gəlir.
Qaldırdım başımı, yumulan gözüm,
Dedi ki, tərpənmə, yatasım gəlir.
Nə şirin yuxudur, başım ağrımır,
Əbədi qəflətdə qalasım gəlir.
Ayığam, özüm də özümdən iraq,
Görürəm yuxuda qonağım gəlir.
Şüurum yenə də oynadır məni,
Nədənsə qonağı qovasım gəlir.
Yoxsa səni mənə xatırlatdı o?
Nifrətdən əlini tutasım gəlir.
Yoxsa ki qorxutdu həqiqət məni?
Oğrayıb sirrini, qaçasım gəlir.

June 6, 2013

Dörd misra

Damlanın içinə yığılan suyam,
Görünməz olsa da, sərhədlərim var.
Gülərkən gözünə  köç edən yaşam,
Məni gözdən salan ağlamağın var.
Önümdə bağlanan pəncərələrin,
Palçıqdan şikayət edən dilin var.
Yağış sularının arasındayam,
Torpaqla dənizdən başqa nəyin var?



June 2, 2013

Gülməzdim amma belə alındı

Hər kəsdən biri olmaq istəyirsinizsə, özünəməxsus bir söz deyin və əlinə daş alan camaatın arasına qatılın. Ən üstün varlıq hesab edilən insanı, xəzinəsi kimi dünyada gizlədən Allah, bəlkə vaxtı yetişdiyində hamısını qazıb çıxaracaq. O vaxta kimi isə mən ruhumu elə bir aləmdə azdırmışam ki, mənə geri qayıdarkən döydüyü hər qapının açılacağını gözləyir. Gözləyir, ümid edir, inanır, inanmaq istəyir, səbr edir... Bu qədər bir-birinə bağlı fel yaratmaq insanoğlunun nəyinə lazım idi ? Nitqi gözəl olsun deyə, bir sürü sinonim kəşf edib. Onsuz da bütün həqiqətlərini gözəl nitqiylə təhrif edir. Nədənsə insan üçün yalan yaratmaq daha zövqlüdür. Nədənsə insan üçün həqiqəti itirib onu axtarmaq daha əyləncəlidir.

Ah... Başlanacaq indi. Hər sözümə görə təqib başlanacaq. Hər sözümün qarşısında müdafiə başlanacaq amma öz fikirlərini demədən. Məni danacaqlar amma öz düşündüklərini deyərək yox, məni öz həqiqətimdən azdıracaq bir ensiklopediya gözəl sözlərlə.

Gözəl sözlər də var. Amma bahalı əlavələrinizlə gözəllik vulqar şəkil alır. Ya da çox ucuz əlavələrinizlə gözəllik zövqsüzləşir. Onsuz da gözəlliyin zövqlə əlaqəsi var sizin üçün, bir də gözəlliyi təhrif etməklə zövqünüzə keyfiyyət qatdığınızı düşünürsünüz. Əslində, indi mənim də sizdən bir fərqim yoxdu. Üç abzasdır ki, sizin kimi “qınaqla” danışıram. Üç abzasdır ki, hədəfə vurmuram. Bir də ki, niyə mən vurmalıyam hədəfə? Yoxsa bu da boynuma yüklədiyiniz yazılmamış, “uydurmanız” olan məsuliyyətlərdəndi? Bəlkə mənim işim sizi hədəfə doğru yönəltməkdir? Yoxsa belələrinə siz “ilana zəhər verən kərtənkələ” deyəcəksiniz? Ola bilər. Ola bilər. Deyə bilərsiniz. Axı siz fərd, şəxsiyyət, insan, insanoğlu, ali varlıq, şüurlu varlıqsınız. Balinadan, əjdahadan fərqiniz var. Onlardan daha güclüsünüz şüurunuzla. Düzdü? Əlbəttə, düzdü. Doğrudur? Bilmirəm, siz deyin. Fərqi varmı bu iki sözün sizin üçün?

Eybəcərlərə özündən razılıq heç yaraşmır. Saxta alınır. Çünki bilirlər onları görünüşlərinə görə qarşılayacaqlar. Başqa reaksiyasımı var insanın? Fərdi gözlərini oxşamaqdan başqa nə istəyir ki? Ürəyini oxşasınlar? Yox... Eybəcərlər ürəyi yox, ancaq ağıl oxşaya bilərlər. Sonra enərlər ürəyə, yolunu tapsalar, ağlınızın torundan çıxa bilsələr. Bu qədər ziddiyyətli məxluqu (insanı) şeytanın yanına da göndərsən, şeytan dözməz. Qaçar. Axı o Allah deyil.  Kimi kimin yanına göndərirəm mən? Saydıqlarım hamı bir yerdə yaşamır məgər?

Həyat təcrübənizə hörmətim var. İstəmədiyini yaşamaqla dolu olan bir şey hörmətə layiqdir. Necə bacarmısınız bunu? Barışmaqla? Öyrəşməklə? Unutmaqla? Nə qədər köməkçi sözləriniz var!!! Bu qədər söz lazım olsaydı, O da hər il bir kitab yazmazmıydı? Niyə ancaq dörd kitabı var?  Mən də bilmirəm. Deyən lazımdı, bilmədiyini niyə danışırsan? Mən də deyirəm də, bilmədiyimizi niyə danışırıq? Bilmədiklərimizlə bu qədər sözü necə kəşf etmişik? Bilmədiklərimizin yerini doldurmaq üçün? Hamınız “nağılbaz” olduğunuza görə, inandığınız da nağıldan dərin deyil. Nağıldan möhkəm deyil.  Hamımız cahilik – gücümüz inandıqlarımızın sübutuna bağlıdır.

İndi həyatdan narazı qalan hər kəs Allahla dalaşır. Ona üsyan edir, yazılarını onunla bəzəyir. Niyə? O ki, həqiqəti bilir. Niyə sizə açıqlamalıdır? Açıqladıqlarını öz istəklərinizdən nə vaxt üstün tutdunuz? Bəlkə sizin həqiqəti bilməyiniz məsləhət deyil? Yəni bizim həqiqəti bilməyimiz bəlkə heç lazım deyil? Axı ali varlıq olaraq onu özümüz də uydura bilirik. A-ha-ha-ha... Gülməzdim, amma belə alındı. Bağışlayın.
             

Hekayə yazmağımı gözləməkdə haqlısınız. Nümunələrlə, faktlarla danışmaq  qınayan insan üçün daha əlverişli olardı. İllah da obraz olmaq istəyirsinizsə, onda xitabımdakı obraz olun. Axı bu yazı da ünvanlanıb kimlərəsə? Kimsə oxumalıdır, ya yox?  A-ha-ha-ha... Gülməzdim amma belə alındı.  Bağışlayın.

Bezdiniz? Mən bezdim. Hələlik.