June 20, 2013

Qəflət Yuxusu

O gün nəfəsim də yolunu azdı,
Hiss etdim, özümdən qaçasım gəlir.
Dostlara boylandım, dilim qatlandı,
Hiss etdim, nə yaman susasım gəlir.
Mənə sevinc verdi, əvəzin aldı,
Hiss etdim, haqqdan da qaçasım gəlir.
Qaldırdım başımı, yumulan gözüm,
Dedi ki, tərpənmə, yatasım gəlir.
Nə şirin yuxudur, başım ağrımır,
Əbədi qəflətdə qalasım gəlir.
Ayığam, özüm də özümdən iraq,
Görürəm yuxuda qonağım gəlir.
Şüurum yenə də oynadır məni,
Nədənsə qonağı qovasım gəlir.
Yoxsa səni mənə xatırlatdı o?
Nifrətdən əlini tutasım gəlir.
Yoxsa ki qorxutdu həqiqət məni?
Oğrayıb sirrini, qaçasım gəlir.

No comments:

Post a Comment