January 13, 2015

Bəlkə iki bənddir, bəlkə daha çox...


Bəlkə bir saatdır, bəlkə daha çox,
Xatirən yol cızır, mən də gedirəm.
Qoxun var, izin var, amma özün yox,
Çatmışam keçmişə və ləngiyirəm.

Ürəyim içimdə əzilən kimi,
Sinəmin qapısın döyür, açıram.
Yadıma sən seçən yar düşən kimi,
Səni də onunla qoyub qaçıram