April 20, 2017

Doğulduğum şəhərə ithaf...


Mənə payız oldu doğulduğum yer,
Nəmli yastığıma öyrəşib başım.
Qəribə, qonağa ocaq olan yer,
Olmadı bircə gün könül sirdaşım.

Mənə ümid oldu doğulduğum yer,
İslanmış yağışdan qorxmaz dedilər.
Qaranquş köçünə qoşulub uçdum,
Canımız sərçəyə qurban dedilər.