November 24, 2012

Mənə elə gəlir ki...



***   Bir yalanı gözlərimdə gizlətdim, o da kor etdi.

***  “Uzaq keçmiş” ifadəsi hər halda, unutduğumuz andan geri sayıma deyilir. Yoxsa niyə uzaq olsun ki...

***  Gələcək planlarınızdan danışıb Allahı özünüzə güldürməkdənsə, indiki addımlarınıza baxıb özünüzə gülməyiniz məsləhətdir.

***  Gözü yaşsız faciələr, gözü yaşlı komediyalar var. Bizdə təəssüf ki, bu formatlı dramları o qədər də dərk etmirlər.


***   Ожидание строит замок из карт, а неожиданность рушит все ко всем чертям.
***   Скажите людям правду и они забудут о вас.
***   Хотя, мгновениям нет возврата, память у меня еще молодая.
***   Вечность - не время, а пространство. У кого мораль на нуле, тот не сможет передвигаться  на ней.
***   Из за эгоизма бессильных людей, сильные, не могут наслаждаться свободой по полному.

***   Boğulan insanı kurtarmak, zaten başkasını da boğar. O yüzden, bazen sorunları başkalarıyla paylaşmanın manasız bir şey olduğu kesin. İnsan kafayı kendi yalanıyla bulur.

***    Uyanmak istersen, hatta uyanırsan, rüyanı unutmaya başlarsın.

***    Konuşmayan bir deliliği  içinde misafir etmek... Taşınması zor olmalı her halde.

***   Acının beni tanımasına izin vermeyin ya! Tanımadan vursun.Tanımadan vursun ki, inanmayayım yaralandığıma. Tanırsa beni, öyle bir inandırır ki kendine, teselliyi kimsede bulamam.Tanırsa beni, öyle bir damarıma basar ki, kendimle mahvederim kendimi. Tanımadan vursun beni acı. Tanışmadan vedalaşalım.

***   Düşmanlarımı tanımak isteyimin çocukluktan oluştuğunu anladım. Geçmişe baktığımda gördüm ki, en büyük düşmanlarımızı evimizin misafiri etmişiz. Soframda korkmadığımdan, dışarıda korkmak bünyeme haykırı olur diye, gözlem yapmayı iyice takinti ettim.

***  Ne filmler çekti bu hayat, izlenmemiş.

***   Veda etmədən gidenleri severim, ama affetmem.

***   Gidersen, yasak olursun. Bu da yazılmayan kanunlardandır, duymadın mı?

***  Güzel kokuların garip bir özelliği vardır: havada aynı yerde kalmazlar, rüzgarın kanatlarında gizlenip gezerler bilmediğimiz, ulaşamadığımız yerlerde. Sonra biz o kokuları unuttuğumuzda rüzgar onları burnumuzun dibine kadar getirir. Yerine ise aklımızı alıp gider. Geri verdiğinde ise kendimizi bilinmeyen bir atmosferde buluruz.

***  Sevdiğim insanlarla vedalaşmayı hiç sevmem, ama bazen bavullarına onlar gitme kararı vermeden önce rastlarım. P.S. Güzel sözler felsefeden değil, hayatın aynasından yansar.

***  Zamanla geçer dediğiniz her şey, geçerken bir şeyler alıyor. Allah kahretsin!

***  Seni “hata” sanıp, başkalarında “doğru”mu kaybettim. Ne garip, değil mi?

***  Bi` tek insanlara gönül verdikde kırarlar. Oysa, müziğe gönlünü verenlerden müzik dahiler yoğurdu. Politikaya gönlünü verenlerin akılları aydınlandı. Deliliğe gönül kaptıranlar Guinness`e  isimlerini yazdı. Garip ya...Bi` tek insanlar bir birlerinin kalplerine sahip çıkamadılar.

***  Gel, beraber arayalım. Belki bir birimizden sakladığımız “kendimiziz”?!

***   Bazılarında konu yürekse, akıl “başlık”tır. En sonda kendini açıklar.

***   Yüreğimin kapısında ruhunu bırakıp hayatıma her geleni sen karşılıyor, hayatımdan çıkanları sen uğurluyordun.

***    İki koçun başının aynı kazanda kaynamasını sağlayan kişiye “diplomat” denir. Kazandakı kafalar ise “politikacılar” olsa gerek ki, zeka ve tarzlarıyla kazanın suyuna tat vereceklerdir.

***   İntikam soğuk yenilen yemektir. Ben onu buz dolabında unuttum galiba.

***   Bir avuç yalanla, bir avuç doğruyu karıştırıp dayanmak için duvar diktim. Doğru kalitesini mi kaybetti? Duvar beni kaldıramamış da.

*** Dünya, ben seni anlayamadım. Şimdi, seçtiklerinize başkaları sahiplendiyse, onun hayalinden bile vaz geçmeli, sahipsizlerin hayalini mi kurmalıyız? Seçim ortada kayboldu, farkıda mısın?

***    Ağlıma qapılar açıldıqca, içində sən olan ürəyim qapılarını bağlayır.

***    Hər kəs fərqli döngələrdən öz yoluna girər. Hər kəs də, öz döngəsini tərif edər, şikayətli görünsə də.Bəzən gülməli alınır.

***   Faciəsi özündən əvvəl yazılan ölümlərdən ilk dəfədir ki, qorxuram. Dəyişə bilmədiyim kanal kimi, söndürə bilmədiyim televizor kimi öz ssenarisini gözümə soxar və gözlərim çıxar. Nəinki yaşlanar, nəinki dolar. Kor da olmuram. Sanki Prometeyin içalatı əvəzinə mənim gözlərimi didikləyər, sonra yene sağaldarlar, kor etməzlər. Anlamazlar...Heç vaxt anlamadıqları kimi...Heç kəsi anlamadıqları kimi...

***   Dünyanın şahidi olduqca susar İnsan. Şahid olması lazım olanda sözünü deyib üzünü çevirər, çünki bilər şahidlərin də cinayətlərdə əli var. Alilik yüklənmişdir boynuna, lakin ən alçaq nöqtələri kəşf edənə kimi düşməyə davam edər. Sonra arsız-arsız qalxmağa cəhd edər. Torpağın gömüldüyünün fərqinə varmaz.

***  Tarixin qara qutuları sadəcə təyyarələrdən miras qalmayıb.

***  İfadəmə görə çox üzr istəyirəm, müşahidəm belə danışdı: Bəziləri heç kəsin tüpürdüyünü yalamayacaq qədər qürurlu olsalar da, qəlblərinə tüpürüldüyündə, heç kəsin inanmayacağı qədər yıxılmış olurlar. O qürur getməz, amma dik də saxlamaz.

***  “Mən etdim, siz etməyin”- vergülə kimi “təcrübə”, vergüldən sonra “məsləhət” kimi oxunan bu cümlədə vergül yerinə, nöqtə qoysan, təcrübəyə inanar, məsləhətə qulaq asmazlar. İnsanlığa həmişə bir faciə lazımdır ki, barmağını oda uzatmasın. Demək ki, ağıldan ziyadə bir şeylər var içimizdə.

***   Vicdanı öyrətməklə deyil, doğulanda toxumunu atmayıblarsa.

***  Mən ruhuna yüklənərkən, kimsə “rədd et” düyməsinə  basdı. Heç özüm də bilmədim, nə qədərim yükləndi, nə qədərim qaldı. Səni yəqin artıq format ediblər. Məndən təmizlənən ruhun, görən mənim yüklədiklərimi hara atdı?

***  Kimi itirirəmsə itirim, sözləri deyil, yoxluqlarında hisslərimi israf etdim. Sözlər isə möhkəm qucaqladılar və üşüməyə qoymadılar. Heyf ki, ancaq öz toxuduğum sözləri tanıdım.

***   Yol boyu uzanan üç sıralı elektrik xətlərinin gah daralaraq, gah genişlənərək rəqs etməsini izləməkdən həmişə xoşum gəlib. Məncə, ömrümüz də uzandığı müddətcə bu ritm üstündə rəqs edir, çünki hərəkətləri bənzəyir: gah dar olur, gah genişlənir.

***  Bağışla, suda yaşamıram ki, izlərini itirim.

***  Bəziləri təxəyyülümüzdə olduqları qədər qarşımızda olsalar, bəlkə də bütün qabıqları soyulub tökülər. Sonra aydın olar, ovcumuzami sığarlar, bağrımızamı?

***  Xəyalımın qapısını bir dəfə döydün, mənim açdığım bütün qapılar isə reallığın üzünə açıldı. Bəlkə bir gün xəyalımı unudaram, ancaq qapının səsi yadımdan çıxmaz. Qulaqıma həmişə səs gələcək.

***  İnsanlar da təyyarələr kimidir: qəzaya uğrayıb, ya da uğradıldıqdan sonra hər kəs başlayar başqasının “qara qutu”sunu axtarmağa. Eh... Hərdən söz tapmıram da, bu qanadsız məxluqlara.

***  İnsan gündüzlərdən qaçmaq üçün gecələri bəslər, bəslər, bəslər və sonunda gecələrin ağırlığı çökər çiyinlərinə. Valideyn övladını böyüdərkən o böyüdükcə problemlərinin artacağını düşünmədiyi kimi. Gecənin gündüzdən fərqi-susmasındadır. Sakit həmsöhbət səni heç vaxt qınamır, şeytan yanlış əməllərinə düzgün qəlib biçdiyi kimi. 

***  Başqasının gözündə çöpü görüb, çıxara bilməkdir cəsarət, o çöplə insanı kor etmək deyil.

***  Bəzi istəklər mum kimi ürəyinizi sarar və siz onu təxəyyülünüzlə yandırarsınız. Sonra o işıq alışar, alışar, təxəyyül dayanmaq bilməz, mum da bitmək bilməz. Sonra bir gün kimsə barmağının ucuyla bu işığı söndürər. Qəribə də olsa, həyəcanlanmazsınız. Yeni bir mühitə öyrəşəcək  “dəli” olarsınız sadəcə.

***  Hərdən “şüursuz” dedikləri heyvanların şansına heyran qalıram. İnsanoğlu şüurlu ikən ancaq gözünün yön aldığı yeri görür.Amma quşlar şüursuz olduqları halda, yuxarıdan bütün mənzərəni görə bilirlər. Onların çatışmayan hissəcikləri yoxdur ki, ağıllarında mənzərəni doldursunlar. Halbuki o səma, insanın işinə bu qədər yarayacaqkən.

***   Elə bil ki, hər şeyi gözüm bağlı ikən görmüşəm. İndi isə gözümü açıb itirdiyim ünvanı keçdiyim yollarla xatırlamağa çalışıram.


***   Əvvəllər yağış “əyləncə” idi, indi isə “kamuflyaj” olub.



November 3, 2012

#Facebook statuslarım#


Yaxşı bilirsiniz ki,bəzən özünüzü çiçək zənn edib doğru əlin sizi qopardığını düsündükdə,qoxunuzu almağa fürsət tapmayan insanların xatirə dəftəri arasında gizlədilirsiniz.Siz dəftərlə birlikdə qocalırsınız...O da ya açılır,ya da zamanın tozuna çevrilir...

Bazı sözler güçlü değil,ağır olurlar.Her ağırlık  da güç değildir.Mesela,yürek yumruk kadardır ama ana organ ola biliyor 100 kiloluk bedenler için.Bazılarının sözleri bizi kırabildiği için değil,onları kaldıramadığımız için kırılırız...

"Umutlu" yaşam süren insanlar, umutlarının baş harfinin solduğunu gördüğünde "mutlu" ömür sürmeye karar verdiler. Ille de, birini solduracaklardı....Eh!!!

Kumral saçlarını,sesini,boyunu,gölgeni tanırım bir gün geri dönersen. Ama ruhunu sen giderken arkadan ferk ettim, geri dönerken tanımaya bilirim...Şaşırırım ve arkamı çevirip gidebilirim. Sen de şaşırırsım...Ama ruhumu tanıma zamanı da sana gelmiştir demek ki...Geç kaldın...

Əlimdəki qədəhin zəhər olduğunu bilmədən içirdim,ta ki o qədəhi əlimə tutuzduran əl sahiblərinin gedişinin  "Zəhərləndin!" damlayan bağırtısını duymayınca...Qədəhi atdım,zəhəri uddum...Gedənlərin artıq bulanıq silueti örtür gözlerimi.Yox, ölmürem.Məğlub rolunu oynamağa dəvət edilmişəm. Ancaq mən spontanlığı sevirəm,səhnədə təəccübləndirə bilərəm.Qalibiyyətin manifestini oxuyaram.

Mahnılar daha mərddirlər.Heç olmasa üzərkən insanın qulaqlarından ürəyinə süzülürlər,içində olurlar,daha yaxın olurlar,qaçmırlar...

Начало формы
Ölüncə,mən də sizə yuxarıdan aşağı baxacağam. Hələlik isə bunun üçün çox təvazökaram...

Начало формы
Səssizlik məni kar etdiyi kimi sənin də qulağına bağırsaydı,min könülə ustalıqla yerleşdirdiyin sözləri unudar və səssizliyin içine dolardın...

Начало формы
Gedişimdən məni tapmasını istədiklərimin xəbəri olmaz,ancaq qaçdıqlarım anında yerimi bəlli edərlər...

Начало формы
Ağıllarına güclü təzyiq göstərən fikirlərdən gözləri işıqlanan insanların yolları da sanki gözlərindəki işıqla aydınlanır.Bəzilərini bu aydınlıq uçuruma, bəzilərini də zirvəyə  doğru aparır...Qalanları isə bu işığı ya gücləndirməyə xidmət edir,ya da gücünü tükətməyə...

Начало формыTəkəbbürlü gicbəsərlər dünyaya gələndə, gərək ağıllı və təvazökar insanlar 6 aylıq olsalar da,dünyadan köçəydiler....Heyf...

Начало формы
Biraz benziyoruz aslında.Ruhumuzun aradığını değil,gözümüzü okşayanın yanında olmayı tercih ediyoruz.Ama demezler mi,gözler kalbin aynasıdır? Belki benim gözüm de ruhumun aradığını sende buluyor.Ama bu benim gözüm...Senin gözlerin konuyu direkt anlamış,bi' sorun var onlarda kesin...

Начало формы
Bəziləri Günəşin bütövlüyünə sevinir,bəziləri isə Ayın yarım olduğu günlərdə Günəşə paxıllıq edir.Ancaq nə Ayın,nə də Günəşin bir-birlərindən xəbəri var.Yəqin,gecə və gündüz arasında olan bu razılıqlı ayrılığı, insanlar öz aralarında tədbiq edə bilmədiklərinə görə,bədbinlik və nikbinliyi müxtəlif mənfi və müsbət hisslərə bölüb özlərini ən anlaşılmaz varlıq ediblər...

Sözlərlə bəzilərinin qanına işləmək olar, amma qanları laxtalanar deyə ağır yükləmək istəmirəm...;)

Начало формы
Hatalarımın çoğunu kafamda sen varken yaptıysam,seni kafamdan çıkarıp hatasız kul olmaktan korkuyorum.Sonra "deli" falan derler...Hataların "peşinden gelmek" gibi bi' özelliyi vardır...Hatasız kul olunmuyor işte,kafayı temizlesen de. Hatalar geçmişi kendileriyle geleceğe taşıma özelliğine sahipler...Belki de asıl düşmanlarımız ve hatıraların en iyi dostudur Hatalar...

Начало формы
Sən otağında işıqları söndürüb qaranlıqda yatmaqdan qorxan uşaq,mən isə qaranlıqda uzanıb şəhərin pəncərədən sayrışan işıqlarını lay-lay kimi dinləyən uşağam.Sən təkliyin və işıqlı otağınla, mən şəhərim və onun laylasıyla öyünürəm.Böyüdükdə səni layla sanıb,otağımı işıqlandıra biləcək nurun sən olacağını hardan bilim? Böyüməyəcəm.Düz danışan uşaq olmaq daha yaxsıdır, nəinki yalanlarıyla özünü aldadan böyük...

Начало формы
"Mutlumusun acaba?" diye soracağım, ama cevabina bi' yararım dokunamaz ki. Elimi uzatamam sana,çünkü seni de,onu da bir arada kaldıramam.Sen mutsuzsan,o seninle mutludur demek ki.Sana uzanan elim,onun mutsuzluğunu salacak köprü olur.Üzerinde yürüyemez,çünkü sen geçtikten sonra,yıkılır o köprü. Mutlumusun,acaba?!

Начало формы
Dövrümüzü başqa dövrlərdən fərqləndirən keyfiyyəti hər halda,keçmişdən gözəl və ya qorxunc,iyrənc,zövqlü və ya zövqsüz çalarları qopararaq zamanında qarışdırıb gələcək üçün abstrakt rəsm hazırlamasıdır.Hələ heç kəs o abstraktı anlayacağına söz verməyib və hər kəs öz firçasını bu rəsmin hazırlanacağı molbertdə görməyə layiq sayır...Amma ki...Hər işdə bir amma olduğu kimi...

Начало формы
Belə çıxır ki,hər dövrün öz tələbi varsa, bizim dövrümüzün heç zövqü yoxdur...

Начало формы
Bax, mənzərəyə! Xəzər Bakını qucaqlayəb,səma Günəşi alıb qoynuna,şəhər insanları uydurub özünə. Məni görürsən? Hm...Mən sənin ovucuna belə sığmadım deyə bunların hamısın ürəyimə yerləşdirdim,özümü isə harada unutdum bilmirəm...Rəsmə diqqətlə bax, bəlkə təsadüfən siluetim gözünə dəyər. Ancaq yox.Şəkli çəkən mənəm axı...

Kölgəmə yansıt özünü,bəlkə qəlbimdən çıxmış olarsan...
Начало формы
Əjdahalar,əcinnələr,ifritələr kəşf etməkdənsə,canınızı incidən insanın adını salsaydınız nağıllarınıza.Bəlkə adaşlarına zamanımızda rastlasaydıq,uzaq durardıq...Yoxsa sizin mələk dedikləriniz,indi qanadsız gəzirlər...

Nə gözəl sözlər var dilimizdə! Ətrafımızı insanlarla hörüb içindəki boşluqda yalnız qalmaq üçün nə gözəl nitqimiz var! Nə heyran baxışlar var ətrafımızda! Kor gözlərin nurunu ürəyimizə doldurub nə cəsarətli addımlarımız var! Nə böyük uçurumlar var ağlımızda, ürəyimiz itələrsə çırpılıb parça-parça olmaq üçün!!!!

Начало формы
Начало формы
Sen beklediğini içeri almak için kapıyı açarsın, kapılarsa seni dışarı çıkarmak için açılır.

Начало формы
Kiçik şeylərlə xoşbəxt olduğunu iddia edən insanlıq,necə olur ki,böyük xətalara yol verir? Hər halda, xoşbəxtlik də "özü kiçik,hikkəsi böyük" olanlardandır. Həm yoxluğuyla bədəl ödədir,həm ani varlığına çox böyük bədəl biçir...Insanoğlunun acizliyi görə bilmədiyi şeyləri yanlış dəyərləndirməkdədir bəlkə də...

Начало формы
Bəzi insanlar nə ağlamağı unudar,nə də gülməyi. Onları nə sözün əsl mənasında güldürən olar, nə də ağladan. Bu insanları başqaları göz qırpımında "laqeyd" adıyla təltif edərlər, ancaq unudarlar onlara diqqətlə baxıb "öyrəşdik!" deyən gözləri oxumağı.Bəzi "məsum"ların gözüylə, günahkarların gözü arasında balansın pozulmasıdır,bəlkə də yeganə pozulmuş balans.