November 3, 2012

#Facebook statuslarım#


Yaxşı bilirsiniz ki,bəzən özünüzü çiçək zənn edib doğru əlin sizi qopardığını düsündükdə,qoxunuzu almağa fürsət tapmayan insanların xatirə dəftəri arasında gizlədilirsiniz.Siz dəftərlə birlikdə qocalırsınız...O da ya açılır,ya da zamanın tozuna çevrilir...

Bazı sözler güçlü değil,ağır olurlar.Her ağırlık  da güç değildir.Mesela,yürek yumruk kadardır ama ana organ ola biliyor 100 kiloluk bedenler için.Bazılarının sözleri bizi kırabildiği için değil,onları kaldıramadığımız için kırılırız...

"Umutlu" yaşam süren insanlar, umutlarının baş harfinin solduğunu gördüğünde "mutlu" ömür sürmeye karar verdiler. Ille de, birini solduracaklardı....Eh!!!

Kumral saçlarını,sesini,boyunu,gölgeni tanırım bir gün geri dönersen. Ama ruhunu sen giderken arkadan ferk ettim, geri dönerken tanımaya bilirim...Şaşırırım ve arkamı çevirip gidebilirim. Sen de şaşırırsım...Ama ruhumu tanıma zamanı da sana gelmiştir demek ki...Geç kaldın...

Əlimdəki qədəhin zəhər olduğunu bilmədən içirdim,ta ki o qədəhi əlimə tutuzduran əl sahiblərinin gedişinin  "Zəhərləndin!" damlayan bağırtısını duymayınca...Qədəhi atdım,zəhəri uddum...Gedənlərin artıq bulanıq silueti örtür gözlerimi.Yox, ölmürem.Məğlub rolunu oynamağa dəvət edilmişəm. Ancaq mən spontanlığı sevirəm,səhnədə təəccübləndirə bilərəm.Qalibiyyətin manifestini oxuyaram.

Mahnılar daha mərddirlər.Heç olmasa üzərkən insanın qulaqlarından ürəyinə süzülürlər,içində olurlar,daha yaxın olurlar,qaçmırlar...

Начало формы
Ölüncə,mən də sizə yuxarıdan aşağı baxacağam. Hələlik isə bunun üçün çox təvazökaram...

Начало формы
Səssizlik məni kar etdiyi kimi sənin də qulağına bağırsaydı,min könülə ustalıqla yerleşdirdiyin sözləri unudar və səssizliyin içine dolardın...

Начало формы
Gedişimdən məni tapmasını istədiklərimin xəbəri olmaz,ancaq qaçdıqlarım anında yerimi bəlli edərlər...

Начало формы
Ağıllarına güclü təzyiq göstərən fikirlərdən gözləri işıqlanan insanların yolları da sanki gözlərindəki işıqla aydınlanır.Bəzilərini bu aydınlıq uçuruma, bəzilərini də zirvəyə  doğru aparır...Qalanları isə bu işığı ya gücləndirməyə xidmət edir,ya da gücünü tükətməyə...

Начало формыTəkəbbürlü gicbəsərlər dünyaya gələndə, gərək ağıllı və təvazökar insanlar 6 aylıq olsalar da,dünyadan köçəydiler....Heyf...

Начало формы
Biraz benziyoruz aslında.Ruhumuzun aradığını değil,gözümüzü okşayanın yanında olmayı tercih ediyoruz.Ama demezler mi,gözler kalbin aynasıdır? Belki benim gözüm de ruhumun aradığını sende buluyor.Ama bu benim gözüm...Senin gözlerin konuyu direkt anlamış,bi' sorun var onlarda kesin...

Начало формы
Bəziləri Günəşin bütövlüyünə sevinir,bəziləri isə Ayın yarım olduğu günlərdə Günəşə paxıllıq edir.Ancaq nə Ayın,nə də Günəşin bir-birlərindən xəbəri var.Yəqin,gecə və gündüz arasında olan bu razılıqlı ayrılığı, insanlar öz aralarında tədbiq edə bilmədiklərinə görə,bədbinlik və nikbinliyi müxtəlif mənfi və müsbət hisslərə bölüb özlərini ən anlaşılmaz varlıq ediblər...

Sözlərlə bəzilərinin qanına işləmək olar, amma qanları laxtalanar deyə ağır yükləmək istəmirəm...;)

Начало формы
Hatalarımın çoğunu kafamda sen varken yaptıysam,seni kafamdan çıkarıp hatasız kul olmaktan korkuyorum.Sonra "deli" falan derler...Hataların "peşinden gelmek" gibi bi' özelliyi vardır...Hatasız kul olunmuyor işte,kafayı temizlesen de. Hatalar geçmişi kendileriyle geleceğe taşıma özelliğine sahipler...Belki de asıl düşmanlarımız ve hatıraların en iyi dostudur Hatalar...

Начало формы
Sən otağında işıqları söndürüb qaranlıqda yatmaqdan qorxan uşaq,mən isə qaranlıqda uzanıb şəhərin pəncərədən sayrışan işıqlarını lay-lay kimi dinləyən uşağam.Sən təkliyin və işıqlı otağınla, mən şəhərim və onun laylasıyla öyünürəm.Böyüdükdə səni layla sanıb,otağımı işıqlandıra biləcək nurun sən olacağını hardan bilim? Böyüməyəcəm.Düz danışan uşaq olmaq daha yaxsıdır, nəinki yalanlarıyla özünü aldadan böyük...

Начало формы
"Mutlumusun acaba?" diye soracağım, ama cevabina bi' yararım dokunamaz ki. Elimi uzatamam sana,çünkü seni de,onu da bir arada kaldıramam.Sen mutsuzsan,o seninle mutludur demek ki.Sana uzanan elim,onun mutsuzluğunu salacak köprü olur.Üzerinde yürüyemez,çünkü sen geçtikten sonra,yıkılır o köprü. Mutlumusun,acaba?!

Начало формы
Dövrümüzü başqa dövrlərdən fərqləndirən keyfiyyəti hər halda,keçmişdən gözəl və ya qorxunc,iyrənc,zövqlü və ya zövqsüz çalarları qopararaq zamanında qarışdırıb gələcək üçün abstrakt rəsm hazırlamasıdır.Hələ heç kəs o abstraktı anlayacağına söz verməyib və hər kəs öz firçasını bu rəsmin hazırlanacağı molbertdə görməyə layiq sayır...Amma ki...Hər işdə bir amma olduğu kimi...

Начало формы
Belə çıxır ki,hər dövrün öz tələbi varsa, bizim dövrümüzün heç zövqü yoxdur...

Начало формы
Bax, mənzərəyə! Xəzər Bakını qucaqlayəb,səma Günəşi alıb qoynuna,şəhər insanları uydurub özünə. Məni görürsən? Hm...Mən sənin ovucuna belə sığmadım deyə bunların hamısın ürəyimə yerləşdirdim,özümü isə harada unutdum bilmirəm...Rəsmə diqqətlə bax, bəlkə təsadüfən siluetim gözünə dəyər. Ancaq yox.Şəkli çəkən mənəm axı...

Kölgəmə yansıt özünü,bəlkə qəlbimdən çıxmış olarsan...
Начало формы
Əjdahalar,əcinnələr,ifritələr kəşf etməkdənsə,canınızı incidən insanın adını salsaydınız nağıllarınıza.Bəlkə adaşlarına zamanımızda rastlasaydıq,uzaq durardıq...Yoxsa sizin mələk dedikləriniz,indi qanadsız gəzirlər...

Nə gözəl sözlər var dilimizdə! Ətrafımızı insanlarla hörüb içindəki boşluqda yalnız qalmaq üçün nə gözəl nitqimiz var! Nə heyran baxışlar var ətrafımızda! Kor gözlərin nurunu ürəyimizə doldurub nə cəsarətli addımlarımız var! Nə böyük uçurumlar var ağlımızda, ürəyimiz itələrsə çırpılıb parça-parça olmaq üçün!!!!

Начало формы
Начало формы
Sen beklediğini içeri almak için kapıyı açarsın, kapılarsa seni dışarı çıkarmak için açılır.

Начало формы
Kiçik şeylərlə xoşbəxt olduğunu iddia edən insanlıq,necə olur ki,böyük xətalara yol verir? Hər halda, xoşbəxtlik də "özü kiçik,hikkəsi böyük" olanlardandır. Həm yoxluğuyla bədəl ödədir,həm ani varlığına çox böyük bədəl biçir...Insanoğlunun acizliyi görə bilmədiyi şeyləri yanlış dəyərləndirməkdədir bəlkə də...

Начало формы
Bəzi insanlar nə ağlamağı unudar,nə də gülməyi. Onları nə sözün əsl mənasında güldürən olar, nə də ağladan. Bu insanları başqaları göz qırpımında "laqeyd" adıyla təltif edərlər, ancaq unudarlar onlara diqqətlə baxıb "öyrəşdik!" deyən gözləri oxumağı.Bəzi "məsum"ların gözüylə, günahkarların gözü arasında balansın pozulmasıdır,bəlkə də yeganə pozulmuş balans.


No comments:

Post a Comment