October 21, 2014

Yalnızlık mı?

Sanki Yalnızlığın da acaip bi' teni var. Ona dokunarak geçen her şeyi hiss edebiliyor, hatta ruhların karakterini belirleyecek kadar hassastır. Ama bağımlılıklardan arınmış bir tendir Yalnızlık. Öyle bir gözükmez, zarif ve gururlu tendir ki Yalnızlık, kimse artık onun sahibine zarar veremez. Kimse ona ve sahibine sahiplenemez. Genç bir ruhun yaşlılığı, yaşlı bir ruhun yekunudur Yalnızlık. Yalnızlıktan şikayet eden kişilere asla ve asla anlayış gösteremem. Çünkü derinleri bırakıp sahilden bağırıyorlar "yüzme öğrenmek istiyoruz" diye. Olmaz ki, olmaz...Boğulduğunu hissederek yaşam için çarpışmak ve yüzmeği de alacağın nefes için vasıta etmektir Yalnızlığın kapıları arkasında gizletilen. Bu sırrı sahilde bağırarak öğrenmek mümkün değil. Olmaz... Mümkün değil...
Sevmediği şeylerle, mesela hiç dinlemediği şarkılarla dibe vurar insan. Kendini global zanneder, ama yalnız. Hani gezegenimiz  hepimizi içine almış, ama kendi eşsizliğini korumuş ya, ben de öyle hissediyorum kendimi. Unikal. Sanki her yerdeyim, her kesle ve her anıda varım, ama hiç bir yerde, hiç kimseyle, hiç bir anıyı paylaşmamış gibi hissediyorum. Unikal... 

Devamı olacak... Mutlaka... Belki bir gün sen de okursun.

October 19, 2014

Anlıq qəm

Mən daha ürəkdən yaza bilmirəm,
Yaxına buraxmır, məni də qovur.
Səni axtardıqca deyə bilmirəm,
O artıq xoşbəxtdir, gözləmə onu.

Yağışlı bir gündə qaçır küçəyə,
İslanan üst-başım köləsi olur.
Günəş pəncərəyə bərq vuran kimi,
Pərdəni çəkən də əllərim olur.

Mən daha ürəklə yola getmirəm,
Məni şən göstərir, özü sızlayır.
Sənsizlik nə edib ona, bilmirəm,
Beynimdə yer tapıb özün gizləyir.

Hardansa ağır hiss dolub içimə,
Nifrətə oxşayır, qova bilmirəm.
Təxəyyül səninlə görəndə onu,
Əllərim uzanır boğa bilmirəm.

Mən daha ürəkdən sevə bilmirəm,
Sənə çox bənzəyən yad qəlbi qıram.
Mən ki, sənin qədər qəddar deyiləm,
Girdiyim hər qəlbdə ömürlük qalam.

Qürurum izindən yol ala bilmir,
Lövbərin gün-gündən keçmişə salır.
Ürəyim özünü aldada bilmir,
Dərdinin çanağın başımda qırır.

October 11, 2014

"Nə yaşam ölümdən güclüdür, nə ölüm yaşamdan"

Bir neçə gün öncə, səhifəmdə belə bir fikrimi paylaşmışdım:"Nə yaşam ölümdən güclüdür, nə ölüm yaşamdan. Nə mən səndən güclüyəm, nə xatirən məndən. Birinci cümlənin konkretliyiylə, ikinci cümlənin mücərrədliyi kimidir mənim ziddiyyətim."

Bu cümlələri gəldikləri kimi getmədilər ağlımdan. Qərar verdim ki, bəlkə şeirlə onları ağlımdan çıxara bilərəm. Nəticədə iki şeir ərsəyə gəldi: "Ölüm ki, yaşamdan qüvvətli deyil" və "Yaşam ki, ölümdən qüvvətli deyil". Ayrı-ayrı başlıqlarla, hər biri ayrı şeir kimi görünsə də, eyni mənbədən, yəni yuxarıdan qeyd etdiyim üç cümləmdən qaynaqlanıblar. Hər iki şeiri rəylərinizin ixtiyarına buraxıram. Təəssüratlarınızı rəydə bildirsəniz sevinərəm:


"Ölüm ki, yaşamdan qüvvətli deyil"

Mənə ilk zərbəni vuran, Əzizim!
Bu beldən axacaq qana toxunma!
Günahı boynundan atan, Əzizim!
Barı o qanayan göldə yuyunma!

Zahirin gözləri oxşar, Əzizim,
Arsızdır ürəyin, demə heç kəsə!
İnsanlar şeytanı daşlar, Əzizim,
Gömgöy bədənini açma heç kəsə!

Ya məni özündə gizlə, yox elə!
Ya özün mənimlə bir ol, Əzizim!
Nə olar, təklikdə dayanma belə!
Mənimlə birlikdə yox ol, Əzizim!

Mənə bu dünyanı tərif eləmə!
Axı o alovu suyla söndürür.
Özünü gözümdə məchul eləmə!
Axı göz gördüyün qəlbə köçürür.

Məndən qaçanlara heyranam, inan!
Özümdən mən niyə qaça bilmirəm?!
Sənə hər baxışda satdığım yalan,
Məndən nə oğrayıb tapa bilmirəm.

Həqiqət böyük bir eşqdir, Əzizim!
Sən mənə yalan de, sənə inanım.
Ölüm ki, yaşamdan qüvvətli deyil,
İnsanın halına mən niyə yanım?



"Yaşam ki, ölümdən qüvvətli deyil!"


Bəlkə də bu həyat qumar kimidir,
Çox qoyan hər şeyin birdən itirir.
Gözlərin kimidir həyat, Əzizim,
Baxanlar günahı müqəddəs  bilir.

Uzağa yol aldım təbəssümünlə,
Yollardan izimi sildim, Əzizim.
Qayıda bilərdim bircə sözünlə,
Çaşıb sən yerinə, özümü sildim.

Cəhənnəm qazanı qorxudur səni,
Məni heç bu dünya qaynada bilmir.
Üstündən atarsan şeytan kürkünü,
Ürək ki, buynuzun gizlədə bilmir.

Bəlkə də hisslərin yeri ürəkdir,
Ürəksə  ağlımın fikrini çəkir.
Ağlımda düşürlər tora, Əzizim,
Hisslərim özünə yer tapa bilmir.

Çayların üstündən kölgəsi itən
Bir körpü kimiyəm, anla, Əzizim!
O tayda ürəyim, bu tayda ağlım,
Didərgin ruhumu danla, Əzizim!

Heç nə qalmayacaq yadda, Əzizim,
Əcəlim əlində silgi, gözləyir.
Yaşam ki, ölümdən qüvvətli deyil,
Mən tək yarasanı səhər gözləyir.