October 19, 2014

Anlıq qəm

Mən daha ürəkdən yaza bilmirəm,
Yaxına buraxmır, məni də qovur.
Səni axtardıqca deyə bilmirəm,
O artıq xoşbəxtdir, gözləmə onu.

Yağışlı bir gündə qaçır küçəyə,
İslanan üst-başım köləsi olur.
Günəş pəncərəyə bərq vuran kimi,
Pərdəni çəkən də əllərim olur.

Mən daha ürəklə yola getmirəm,
Məni şən göstərir, özü sızlayır.
Sənsizlik nə edib ona, bilmirəm,
Beynimdə yer tapıb özün gizləyir.

Hardansa ağır hiss dolub içimə,
Nifrətə oxşayır, qova bilmirəm.
Təxəyyül səninlə görəndə onu,
Əllərim uzanır boğa bilmirəm.

Mən daha ürəkdən sevə bilmirəm,
Sənə çox bənzəyən yad qəlbi qıram.
Mən ki, sənin qədər qəddar deyiləm,
Girdiyim hər qəlbdə ömürlük qalam.

Qürurum izindən yol ala bilmir,
Lövbərin gün-gündən keçmişə salır.
Ürəyim özünü aldada bilmir,
Dərdinin çanağın başımda qırır.

No comments:

Post a Comment