October 14, 2016

Bir gün gələr

Bir gün yollarıma yağar yağışlar,
İzin də, tozun da yuyular gedər.
Düşər pəncərəyə islaq baxışlar,
Kölgən ürəyimə toxunar gedər.

Bir gün ölüm gələr qanadı qırıq,
Ən gözəl qanadı qoparıb gedər.
Qopsa da köksündən göyə hıcqırıq,
Yaşamaq həvəsi çoxalıb geder.

Bir gün sən özünə, mən də özümə
Qayıtsaq, fələyin çarxı tərs dönər.
Birdən güvənərsən özgə sözünə,
İçində parlayan ulduzlar sönər.

Bərəkət də olsa, insanlar üçün
Payız, çiçəkləri ömründən edər.
Sən də bir payız ol, mən qərib üçün,
Ömrüm yarpaqların qurbanın eder...

No comments:

Post a Comment