January 23, 2014

Uşağam bugün

Bəlkə də səsimdə daşınır yükün,
O qədər ağır ki, dinə bilmirəm.
Məgər mən uşağam, bu ağır yükün
Deyim ki, altından qalxa bilmirəm?!

Bəlkə də əlimdən çıxacaq bu gün,
Dünəni ömrümdən silə bilmirəm.
Məgər mən uşağam, ağlayım hər gün
Gedənə deyim ki, mən də gəlirəm?!

Bəlkə də quyuya daş kimi düşüb,
Torpağa çatmaqçun yenə batacam.
Məgər mən uşağam, palçığa düşüb
Valideyn əliylə kir atacağam?!

No comments:

Post a Comment