February 14, 2014

Gün dolu abzas

Bəzən zəiflik tutar əlindən, sən ona "güc" adı verib sonuncu yarpağa çevrilərsən. Həyatdakı bütün mübarizələrinin yekunu-barı  ağacdakı  bu son yarpağı qorumaq olanların ürəyinə  ağrını, ağacdan düşməklə saplayarsan. Bura qədəri onların gördüyü mənzərə. Özünlə qaldıqda isə əlindən tutan zəifliyin səninlə doğmalığı olduğunu hiss edərsən. Sən "güc"sənsə, o da "güc"dür, amma toxunuş həmişə birini birinci ayırır. Gücdən qopan güc isə zəifliyi böyüdür.


No comments:

Post a Comment