May 1, 2013

Axrını axıra qalanlar bilər


Uzun bir ömür var yaşlanmaq üçün,
Gəncliyi vaxtından tez öldürdülər.
Bu fani dünyada tox qalmaq üçün,
Qocalar cavandan söz götürdülər.

Səhv görüb anında qınamaq üçün,
Bir-birin yıxıtmaq anı güddülər.
Bugünü yıxanlar, sabahlar üçün,
Gələcək nəsildən hay gözlədilər.

Bu işin axrını öyrənmək üçün,
Cavan bir bağbana sual verdilər,
“Görəsən nolacaq işlərin axrı?”
Dedi ki, axıra qalanlar bilər.

Cavabın yükünü daşımamaqçun,
Bağbanın yanından gülüb keçdilər.
Qəflət yuxusundan oyanmamaqçun,
O bağdan əbədi üz çevirdilər.

No comments:

Post a Comment