April 24, 2013

“Oldu” , ya da “Olardı”...



Dahilər sözlərin ölməz sanardı,
Fələk çarxda ömrü-günü sayanda.
Ariflər dünyanı fani yozardı,
Yalanlar dünyaya qədəm basanda.
Sinəsindən gözəl sözlər qopardı,
Məhrumiyyət ruhuna daraşanda.
Tərk edənin yoldan izin alardı,
Gözdə qürur öz hasarın salanda.
Şər Xeyirin gözlərini yumardı,
Körpə ürək dünyaya göz açanda.
İnsanoğlu “olmazların” danardı,
Sahib onu cənnətindən qovanda.

No comments:

Post a Comment