May 26, 2013

Sehrli

Gözlərimdə tətikmi var?
Çəkən çəkir özün vurur.
Ürəyimdə ələkmi var?
Düşən düşür, qalan qalır.

Gələcəkdə çarəmi var?
Hər fərari orda durur.
Keçmişin bir dərdimi var?
Mən qaçdığım yolda durur.

Yad ürəkdə nə sehr var?
Yalnızların boynun burur.
Xeyrimizdə nə xeyir var?
Şər ocağın içdə qurur.

Gedişində nə qüvvə var?
Məni məndən alır itir.
Gəlişində nə hiylə var?
Gəlir ağlı alır, gedir.

Yüngüllüyə meylimi var?
İnsan yükün atır  gedir.
Cismin atır, başqa nə var?
Vəfasın da alır gedir.

Ürək, dilə nə gərək var?
Söz oğrayır, dinə bilmir.
Qürur, sənə nə gərək var?
Əl uzanır, ayaq getmir.


No comments:

Post a Comment