September 6, 2013

Sadəcə OYAN!

Yat, oyan gördüyün şirin yuxudan,
Əlində çürüyən ömürdən oyan!
Sevgisi tükənən insanlığından,
Təmənna olmayan o yanda oyan!
Qulağı aldadan  yalançılardan
Həqiqət gizlədən gözündə oyan!
Böyüyən ağlının tut əllərindən,
Oyan ki, ürəyin uşaq qalmasın!
Düşüncə gəmirən kinayələrdən,
Məni də oyat ki, şübhəm qalmasın!
Hərdən səni yoran suallarımdan,
Cavabı gizlədib yanımda oyan!
Sənə nağıl deyən bəstələrimdən,
Xəyallar canına hopmadan oyan!
Mələk* əmanətin almağa gəlsə,
Sən ona*  xəyanət etmədən oyan!

Mələk - Əzrail
Ona – ruhuna

No comments:

Post a Comment