September 11, 2013

Darıxmağa qoymayan sözlər

Tut əlimdən salsın  yükün çiynimdən,
Nə  istədim bu dünyadan görəsən?
Tut əlimdən bir az yumum gözümü,
Yuxu nədir öyrənməyim əcəldən.
Tut əlimdən  möhkəm-möhkəm yapışım
Kömək umub uzadılan hər əldən.
Tut əlimdən sirrlərimə  agah ol,
Qurtar yazıq cümlələri, mübtədasız xəbərdən.
Tut əlimdən, elə tut ki, buraxma,
İstisiyçün dilənməyim yad əldən.
Tut əlimdən fələk üzün çevirsin,
Gözlərimin yaşı axsın belimdən.
Tut əlimdən buraxma ki, qaçmayım,
“Mən”lərimdən ayrı düşdüm əzəldən.
Tut əlimdən zaman özün devirsin,
Qucaqlayım keçmişimi, gələcəyim gəlmədən.


No comments:

Post a Comment