September 17, 2012

Facebook STATUSLARIMDAN ...


Bugün məni əzizləyən və ərköyünləşdirən CavanlıQ,bir gün çıxar qarşıma və mənə "Demaqoq" deməklə, qocaldığımı üzümə vurar. Heç utanmaram, lakin həzin bir rüzgarın üzümə çəkdiyi sığal artıq hiss olunmaz, onu xatırlamaqla qocalığın nə olduğunu anlayaram. Bəlkə hətta qocaldığıma sevinərəm. Bilmirəm. Bəlkə də Cavanlığın üzünü əsən küləklər üçün sığal çəkə biləcəkləri dərəcədə zərif saxlamalıyam. Birdən heç qocalmağa vaxtım qalmadı?!

Bəzən bütün sözləri tapıram, bütün cəsarəti toplayıram, bütün ruhumu alıram içimə və özümü tərk etmək qərarı verirəm...gördüyüm kimi, cümlənin sonuna çatana kimi topladığım cəsarət məni tərk edir, tapdığım sözlər də dəyərin itirir. Bircə içimə aldığım ruhum hisslərin onunla oyunundan doymadığı üçün məni tərk etmir...


Heçnə  söyləməyən bəstələr ən böyük tələ olan shüurun dincəlməsinə xidmət edirlər...Bəzən mənə rast gəlirlər...Dinləyirəm...Heçnə söyləməyən ağızlar da ən böyük ikinci tələ olan ruhun dəlilik etməsinə və anidən sakitləsib susqunları dinləməsinə səbəb olur. Dinləyirəm ... Boşluq dediyiniz fəzada nə qədər çox söz , ya da fikir var!!! İncələyirəm...Dinləyirəm...Dinmirəm ki, bulanmasınlar...

Bəzi simləri var ürəyimin,hemişə gizlədirəm ki,toxunmasınlar ancaq o simləri gizlətdiyim əhatə dairəsini elə bir basırlar ki,addımlarıyla nəfəs almağa anım qalmır. Axı mən bu simləri gizlədirdim ki,çalınıb-çalınıb yaraları qanatmasınlar, basıb onları əzməklə simləri ürəyimlə bir etməklə, məndən hansı qəmgin bəstəni gözləyirdiniz?! Mənim "cahillər" üçün çalınacaq bəstəm yoxdu...Gülürəm...

Mən bu dünyada bəstələnən mahnıların hamısını bir-birinə qatsam kədərdən və sevincdən yoğrulan bir atmosfer,ya da bu söz uyğun olmadı, hava boşluğu yaradaram. O boşluqda rəqs edən, ya da içki içən "insan"lara gülməklə keçər günlərim... Di gəl ki, mənim o boşluqda bəstəkar olduğumun ferqinə kim varacaq, onu bilmirəm...

Ben konuşurken karışık konuşurum.Ne söylemek istediğimi ilk başta anlayamazsın belki,sonunu da beklemezsin...O da belki...Ben konuşurken fazla lisandan söz alırım,kalbimin ve aklımın lisanını gizlemek için. Ben aslında konuşurken susarım,sen de beni "biri" sanırsın. Aslında,hiç tanıma imkanin olmaz ki...Aslı da olmaz,aslında...

Zamanla geçer dedikleriniz,bazen zamanla geçti,ama bazen zamani oyle bi' geçti ki, ben geçmişi yarın sandım...

Bəzilərinin içində oyanan qısqanclıq,əslində özlərinə olan inamı itirdikləri üçün deyil,sadəcə diqqət mərkəzində dayanıb onu ətrafdan seyr edənlərin üzünü deyil,kürəyini görməsidir... Bu qəbul olunmayan kin, ifadə olunanda "qısqanclığa" bənzəyir, ancaq əslində qısqanclıqla heç bir əlaqəsi yoxdur...

Hər gün bir dəfə günəşin qürubunu seyr etmək imkanım olduğu kimi, sənin tanış siluetini görmək imkanım olsaydı, bilirəm ki, mən "insanlıq" damarima basıb bu silueti kölgə kimi tapdalayıb keçəcəkdim. Ona görə günəş gündəliyini yazmağa davam edir, mən isə gündəlik tutmaqdan qorxuram...

Səni xatırlamaq qəmli sözləri, şən musiqisi olan mahni kimidir...Eşidənlər rəqs edir, dinləyənlər isə yerindən terpenmir...

… Və  başlandı pərdələr qalxmamış tənqid yağışına tutanların dilləri qurd salmağa...Və oyandı tamaşanı ən çox sevənlərin onu təkrar-təkrar seyr edərək gözdən salan hissləri ... Və unuduldu alqışlanmaqdan zövq alan ancaq bir müddət sonra yeri başqa biriyle doldurulan aktyor...Və tərk edildi bir zamanlar hamının sevimlisi olan teatr...İndi artıq kino var...Hissləri də diskə yazıb,tozlanmaq üçün gizlətmek olur...


Biri deyir ki,keçmişlə yenidən görüsmək mənasız bir şeydi,çay paketini ikinci dəfə dəmləmək kimi olacaq. Biri deyir ki, bəzi şeylər boyatlığıyla daha çox diqqət cəlb edir...Seçməyə gələnde isə, nə boyat var, nə də ki,yeni mətbəxə öyrəshmək hissi....

Превратили человека в монстра, и начали боятся ... Превратили человека в ангела, и начали завидовать. Превратили человека в дер..о, и начали избегать... . Превратили человека в ничто, и начали замечать... Превратили человека в человека, и никто не заметил, не услышал, не почувствовал.... Azerbaycancası : "Mərdi qova-qova,namərd eləməzlər"....

Havanı  dəlilərin əl-qolunu bağlayaraq öz bellərini qucaqlayan xalat şəklində təsvir edib əynimə geyirəm.O vaxtlar mənim susan vaxtlarımdır.Təəssüf ki,bu susqunluğun uzun sürməsinə izn vermirlər.Xoş olsa belə, hisslərimə, fikirlərimə bəzən müdaxilə olunanda qıcıqlanıram...İnsanların insanı öz ruhuyla baş-başa buraxmaqdan qorxmalarını anlamıram....

Çoxdandır ki,burnuna dəyməyən bir ətir yolda gedərkən təsadufən addımlarının yardığı hava boşluğuna dolanda,gözlərini yumub o boşluqdan nə vaxt çıxdığının fərqinə  varmırsan.Eynəklər belə hallarda işə yarayir,çünki heç kəs sənin səkini gözü bağlı keçdiyinin fərqinə varmir. Amma o ətir...Hm..Qəribədir...Darıxmaq hissini oyadanlar,onların xatirələrini oyadanlarla heç vaxt eyni olmurlar...Təəssüf...

Göz yaşları da insanları aldadan növbəti sahibləndikləri şeydir.Heç vaxt birini itirəcəyimizdən bizi xəbərdar etmək üçün axmazlar.İtirdikdən sonra isə guya bizi sakitləşdirərlər...Hm...Yenə də oğrulardan yaxşıdırlar.gecikmiş təsəlliylə də olsa,içimizdə olurlar.

Olur...Bəzən dinləməyə doymadığın musiqidə tək rəqqas özün olanda həyat başqa pəncərələri açıb ağlını qarışdırıbb nəsə demək isteyir....Olur...Sən də gördüklərinə cavab verməyə  tələsmirsən, mənzərəylə başını qarışdırırsan...Olur... Olur ki, susmalı olursan, amma deməyə o qədər çox hissin varkən, sözün olmur...
Özümə xəyanət edib axmaq kimi, görünməkdənsə, özümə sadiq qalib gözə görünmərəm...

No comments:

Post a Comment