May 18, 2012

Facebook statuslarımdan...


Olur...Bəzən dinləməyə  doymadığın musiqidə tək rəqqas özün olanda həyat başqa pəncərələri açıb ağlını qarışdırıb nə isə demək istəyir.Olur...Sən də gördüklərinə cavab verməyə  tələsmirsən, mənzərəylə başını  qarışdırırsan.Olur... Olur ki, susmalı  olursan, amma deməyə  o qədər çox hissin var ikən, sözün olmur..

                                                                    ***

"Şah" əsərlər təhrif olunanda xoşum gəlmir, ancaq bəzi əsərlər var ki, onlar yalnız təhrif olunduqdan sonra "şah" olurlar.Təəssüf ki, zəmanəmiz əsərlərin önündən "şah"-ları götürməyə daha çox meyllidir...

                                                                    ***

Bir gün iki ən yaxın dostuma eyni sualla müraciət etdim.Biri məndən yaşca çox kiçik idi,cavabı da yaşına uyğun oldu.Biri məndən yaşca böyük idi,cavabı isə özündən də böyük oldu.Etrafımda yaşıdım olmadığına görə mən də öz yaşımı unutdum.Yaşca böyük dostuma inanıb,yaşca  kiçik dostumun dediyinə əməl etdim.Unutduğuma inandım.

                                                                   ***

Maddiyyatda izi qalacaq cinayətlər törədəndə insanlar iz buraxmamağa chalışırlar.Yəni işlərini "təmiz" görürlər... Çox maraqlıdır: ürəyimizi çıxarıb onlar cinayət törədən ərazidə göz önündə bir yerə qoysaydıq, ona necə ziyan vurardilar? Məncə, iz qalar deyə ziyan vurmazdılar.Ancaq gözə  görünmədiyi halda buraxdıqları izlərdən bixəbərdirlər...Hərdən bu dırnağarası canilərə yazığım və  gülməyim gəlir...

                                                                   ***

Yawadığı heçnə üçün peşman olmayacam demişdi özünə.Belə də yaşayırdı.Ancaq hərdən düşüncülərə irəliləmək imkanı verəndə,üzülür.Peşman olmadığı heçnə onunla deyil.Onda ancaq xatirələr var.Sanki yaranmaq üçün xatirələr ondan sui-istifadə ediblər.İndi də var olmağa davam etmək üçün  'peşman olma'  deyə aldadırlar onu...

                                                                   ***

Gözlədim, gözlədim, gözlədim.Təhrif etməyəcəyiniz nəsə qalsın deyə gözlədim...Ancaq...Ancaq etdiyiniz təhrifləri müşahidə etməkdən unutdum "gözləmə" rejimindən çıxmağı və bir də nə görsəm yaxşıdır? Mən o rejimdən çıxanda artıq təhrif olunmuş bir mənzərənin parçasi idim....

                                                                   ***

Özümə xəyanət edib axmaq kimi görünməkdənsə, özümə sadiq qalıb gözə görünmərəm...

                                                                   ***

Bütün cümlələrlə oynaya bildim, bütün sözlərdən cümlələr hazırlaya bildim, təkcə üç sözu bir-birinə bağlayıb deməyi bacarmadım. Getdikcə  buna öyrəşirəm və  hiss edirəm ki, həmişə  hansısa qulağı bu cümlənin həsrətində  saxlamış  olacam. Bu da "mən"liyimə qarışıb və mən o cümləni deməməyə öyrəşmişəm. Odur ki, nə sən o sözü gözlədiyin üçün mənim digər cümlələrimin ağırlığına döz, nə də mən o sözü deməyə  məni daha da yaxınlaşdırarsan deyə səni meşğul edim. Heyatımın səni qonaq etdiyi hissəsinə roman kimi yox, hekayə kimi baxıram. Mən buna yüksək dəyər, sən isə buna qiymətsizlik kimi baxırsan. Başqaları isə nağıl deyəcək. Amma şirin olduğuna göre yox, uydurma olduğuna görə...

                                                                   ***

Hər kəsin bir hekayəsi vardır: əgər parkda sevgilinizlə sizə baxan göz varsa, demək ki , sizdə öz keçmişindən ya da görmək istədiyi gələcəyindən kadrlar sezmişdir, əgər yolda gedərkən sizi geyiminizə görə  başdan-ayağa süzən biri varsa, demək ki, özündə nəyi görmək istəyib, nəyi görmək istəmədiyinə qərar verməyə  çalışmışdır, əgər siz onlardan birindən şəklinizi çəkməyi istədikdə qəribə bir həvəzsizliklə  buna razılaşırsa, demək ki, çəkdirdiyi şəkillərin zibilqabına atılan qırıntılarını xatirlamışdır.Odur ki, heç kəsi "paxilliq çəkir" deyə möhürləyib yanından özündenrazi ədayla keçməyin... Hər kəsin bir hekayəsi vardır...

                                                                   ***

Hər kəsi başa düşən üçün özünü başa düşmək çətin olur, çünki bütün hisslərdən  və  onların neticələrindən xəbəri olan insan üçün öz  içində  yaşatdıqlarına ad verməyi onun davamli mübarizəsinə səbəb olur. Özüylə davamlı mübarizə aparan insanın heç  bir nəticəyə  varmamasına səbəb hər kəsdə anladığı məqamların çatışmazlıqlarıdır....

                                                                   ***

Her kesin ruhunda bir "sapıklıl" vardır.Sadece biri diğerinin "sapıklığını" kendi sapiıklığının farkına varıb da değiştirmişken anlar...En kötüsü, kendini unutur, karşısındakini kınar...

                                                                   ***

Biz insanlara aid "ölümsüz" heç nə  yoxdu. Amma uşaqlıqdan eşidirəm ki , " vaxtindan əvvəl"  ölə də bilirlər. İndi isə uşaqlıqda bu sözü eşidərkən dırnaqarası üzüldüyü m kimi üzülə bilmirəm...Yəqin ki, o vaxtlar hisslərim böyüməmişdi, ağlım qidalanırdı.İndi isə hisslərim qidalandı və böyüdülər, nəticədə ağlım onu böyüməkdə qınayaraq səni "öldürməklə" daha da böyüməkdən saxladı...

                                                                   ***

Filmə baxıram və gözlərim dolur.Sebebini deqiqleşdirmədən ağlayıram.Bəlkə  orada uşaq ölür ona göre.Bəlkə oradaki böyüklərin düşüncə  və  hisslərinin boşluqlarının necə  doldurulacağını bildiyim üçün.Bəlkə dəyişən hər şeyin bir də heç vaxt əvvəlki kimi olmayacağını anladığım üçün.Bilmirəm.Bəlkə  də filmə uşaq vaxtı baxıb daha tez böyümədiyim üçün...

No comments:

Post a Comment