March 25, 2012

Facebook statuslarımdan...


Sözlərin də etibarsız olduğuna əsəbləşirəm.Sözlər də de ağızdan çıxdıqdan sonra maddiyyatdir.Evə alınan yeni əşyalar kimi əvvəlcə həyəcanlandırırlar,nəticədə gəlib evin ən önəmli küncünde yerlərin tuturlar.Sonra zaman keçir,həmin əşyalar tozlanmış,köhnəlmiş ev tullantılarına çevrilirlər.Sonra zaman keçir tullantıları toplayan biri çıxır ortaya və bu tullantıları yığmağa başlayan kimi həmin tullantılar "əntiq" adıyla yenidən dəyər qazanırlar.Bu dövriyyə həm də ələkdir.Bəzi tullantılar da var ki,məhv olur,yox olur.Həvəsiylə oturub-duran insanın sözlərə verdiyi dəyər də mağazadan aldığı yeni əşyalara verdiyi dəyərə bərabərdir.Həvəsi ölən kimi yeni heves axtarir.Hisslər mənəvi dünyaya aiddirsə,sözlər ağızdan çıxdıqda qəlibə girdiyi üçün hisslərdən ayrılır və maddi dünyaya aid olur.Ona gore çox vaxt,insan özünə qarşı soyuqluq görəndə fikirləşir ki,axi niyə belə oldu?Deyilən sözlər soyuqluğu vəd etmirdi axi?!Məhz,burada hisslərin sözlərdən qopduqdan sonra dəyişdiyi ehtimalı ,öz həqiqət payını tapır.

                                                                            ***

İnsanlarin xətaları bir-birinə bulaşdığı üçün, həqiqətlə yalan da bir damın altında yaşamağa öyreşiblər.nə olsun ki, bütün günü yola getmirlər? Onları ki,ayıran yoxdu.

                                                                            ***

Ümiddən doğub puç olan bir şeyə yenidən ümid etmək-sadəcə təəccubləndirər.təəssüf ki,məndəki ümid ən geniş qapının gözə çarpmayan "qlazok"u kimidir. Kiçikdir amma baxarkən o qapının arxasında görəcəyim mənzərə o ümidin gücünü göstərə bilər.

                                                                            *** 

Kaşki, mənim susduqlarımın 0,1%-ni sən mənə desəydin, mən oturub səhərə kimi sənin susmağını dinləyərdim.

                                                                            ***  

Vallah, içimdən gəldiyi qədər gülərdim çünki demədiklerimə heyfim gəlir. İçimdən gəldiyi qədər ağlayardım, çünki dediklərim məni aldadıblar. İçimdən gəldiyi qədər qışqırardım,çünki bunları kiminsə , hətta sənin də bilməyini istəməzdim.İçimdən gəldiyi qədər susardım, çünki niyə qışqırdığımı soruşanlara cavab vermək həvəsində olmazdim...

                                                                            ***        

Bəziləri tarixi qorumağa, bəziləri yeni tarix yazmağa çalışırlar....Hər ikisinin işi təqdirəlayiqdir, di gəl ki, indiki zaman çox erköyündür,hər kəslə uzlaşa bilmir. Ona görə də bunun ərköyünlüyünə görə heç kəs keçmiş və gələcəyin kövrək qəlibinə ziyan vurmasın, bir zəhmət...

                                                                            ***

 Problem ondadır ki, ürəyə nə təsir edirsə, o bir anın parıltısı olur. Sonra o parıltı gedir amma göz qamaşdıran təsirinin necə nəticələnəcəyindən xəbəri olmur. Bəziləri bu qamaşmadan gözlerini o qədər ovuşdurur ki, axri kor olur, bəziləri isə ağlının işığıyla əllərinə sahib çıxır və ürəyinin gözünü xilas edir.....Amma hamı da çalışır ki, parıltı mövqeyinde özü olsun!

                                                                            ***

Uydurduğum "Sen"i kiminlese evez etmek, orijinal eşyanin yerine geydirme eşya qoymaq olar. Ele bilme ki, fikirlerin geydirmesi olmur.Olur ve men onu istemirem. Hisslerin de hemin geydirme fikirler sayesinde tehrif olunmuşu olur. Olur ve men onlari da istemirem... Mene lazim olan "Sen"sen... Sen de "olmazlar" ichindesen...

                                                                           ***

Sözlərinin mənası olmaq sən danışdıqda özümü eşitməkdir. İstəmirəm. Həyatının mənası olmaq özümü yaşamaqdır. İstəmirəm. Mən sadəcə cümlələrinin mübtədası, həyatının da parçası olmaq istədim ki, öz cümlələrimdə çatışmayan cümlə üzvləri, həyatımda da çatışmayan parçalar tamamlansın. Qəribədir ki, mənim yaşamım hər zaman öz mozaikliyini qoruyur və tam mənzərənin alınmasına mane olur. Ona görə də, monoton ola bilməyən mən, səni çoxlu rəngli parçaların içində itirdiyimi başa düşməkdən qorxuram.



                                                                           ***

Bəzən "son dəfə"ni yaşamaq ziddiyyətli ruh halından səni qurtarar. Ziddiyyətli ruh halı sənə asan görünməsin, can verməkdən betərdir bu. "Son" olduğunu bilmədən bir şeyin bitdiyindən hələ də xəbərsiz yaşamaq çox qəliz məsələdir.Ona görə də məni bağışla,bugünki notlarıma göre… Alınmır nəsə…

                                                                           ***

Mən özümü sənin yashadığın hansı zamana aid edim? Keçmiş, indiki ya gələcək? Nə isə əmin deyiləm bunların hansı birindəsə olduğuma...Çünki, dünənində olsam da yaşamamısan,deməli məni xatırlamazsan da...Bugünümdə mən özüm özüm üçün yaşayıram və sənin mənimlə heç bir bağın yoxdur. Gələcək? Səncə bu cür bağlantısız iki zaman üçücü bir zamanı yarada bilər?!

                                                                           ***


Bilmirəm deyirəm amma...Deyəsən o qədər yaxşı bilirəm ki, bilməkdən imtina edirəm.Səni aldada bilmərəm, çünki nə yazdıqlarımı, nə dediklərimi, nə yaşadıqlarımı yaşamaq iqtidarındasan.Mən sadəcə sənin beynimdə olan portretinlə yaxşı həmsöhbət olmuşam.Odur ki, istədiyim şeylə onu aldadır,istədiyim şeydə onunla səmimi oluram...


                                                                          *** 

Mən də bilmirəm səni geri qaytarmaq lazımdır, yoxsa məni gələcəyə ötürmək lazımdır?Onu bilirəm ki,keçmişə arxalanmaq olsa da, gələcək etibarlı divar deyil. Bugün? Bes bugün? Men bugün bikefəm sadəcə.

                                                                          *** 


Mən hiss etdiklərimi hərflərlə həkk edərkən,sən o yazıların düşüncələrim olduğunu hesab edirsən. Amma əslində bəzən səndən də, özümdən də düşüncələrimi gizlətmək üçün hisslərimin diliylə danışıram.Onların da dili var. Onların nitqi havalı olur, cazibədar olur, anlıq həyəcan verir amma keyidir və bu keyləşmə keçdikdən sonra səni ayıldan düşüncələrindən qurtulmaq üçün yenə hisslərin dilinə qaçırsan.

                                                                          ***


Bilmirəm. Mən deyəsən sən olmadan səni yaşadım: qibtə etdim,gözümdən saldım,adiləşdirdim,yenidən şişirtmədən yüksəltdim, darixdim, unutdum,yenidən xatırladım. Lakin heç cür nifrət edə bilmədim. Sevgi deyil bu. Özünü yaşamaqdır.

                                                                          ***   

Metrajını bilmədiyin ömründə, mənə verdiyin rolun epizodik olmasına baxmayaraq mən öz rolumu o qədər içdən oynadım ki, baş rolu oynamaq üçün başqalarının ömrüne dəvət aldım... Təəssüf ki,rədd edəcəm.Çünki mən sənin filmindən çıxdıqdan sonra bir filmdə oynadığımı anladım,yoxsa o vaxta kimi mən real həyat yaşadığımı düşünürdüm...

No comments:

Post a Comment