March 14, 2012

Şərhsiz

Titrəmək - ruhun bədəndə avara qalmasıdır. 
Şübhələnmək - o ruh avara qaldığında yolu öyrəndiyi məfhumlara etibar etməməsidir. 
Sevmək - cismini tanımadan yola çıxıb itən ruhun yorulduğunu hiss edərək qarşısına çıxdığı digər ruhla eyni taleyi paylaşdığını düşünüb onunla əl-ələ tutmaq istəməsidir. Əgər ruh öz cismini tanıyıb “daxili səyahət”indən geri dönən, özü və cismiylə bütövləşməsinə baxmayaraq, yenə də birinin əlini tutmaq istərsə, bu sevgi ehtiyac olmaqdan çıxıb qəliz bir sistemə çevriləcək. Bu sistemi özü yaratsa da istifadə qaydasını bilməyən ruh üçün o zaman yeni bir “özünə səyahət” başlayacaq.

No comments:

Post a Comment