November 12, 2015

"Nə ağac, nə insan"

Payızda başlayır ağacın dərdi,
Yarpaqlar tökülən, quşlar köçəndi.
Bilsə də, baharda hamı qayıdır,
Ağac öz dərdini özü çəkəndi.

Tökülüb yarpağı, ağac üşüyür,
Bəzəyib ayağı altını xəzan.
İnsan ki, insanın əyninə baxır,
Kimdi bu yağışda ağaca baxan?!

Hər il eyni dərdi təkrar yaşayır,
Səsini çıxarmaz, dayanar ağac.
Bir gün bağban tapar çıxış yolunu,
Sobada hüzura qovuşar ağac.

İsidər əlini donan insanın,
Tüstüsü yağışın gözünə dolar.
Qışdan çəkdikləri qığılcım olub
Ağacın qisasın insandan alar.

Fələk bu yanğını günaha yazsa,
Onsuz da yolları kəsişən deyil.
Payızdan çəkdiyin yazda unudub,
Bu ağac xislətin dəyişən deyil.

No comments:

Post a Comment