May 8, 2014

Daha bir CIZMAQARA

Gəncliyi öldürdüm, sən yaşa deyə,
Cavan ürəklərdə ölmək asandı.
Sən ölsən, zövqüm də yaşamaz deyə,
Ölüm də zövqümdən gəlsə, rahatdı.
Mən burda ölürəm sən yaşa deyə,
Ruhumun yaşı çox, nəfsi azaddı.
Nəfsimi öldürdüm tək qalım deyə,
Bu qatil bir dustaq ömrü yaşadı.
Hər düzün ziddinə dəyirdi üzüm,
Yalançı dedilər, dedim yalandı.
Qatilmi yalandı, dustaqmı düzdü?
Məhkumlar inanmaz hakim yalandı.
Bir üstə bir gəldim, iki dedilər
Bir birə gələrkən bəlkə çox azdı.
Şəkk edib yaşlanmaq günahdır deyə,
Yaşlanıb ölmək də bir az yalandı.
Gəncliyi öldürdüm, sən yaşa deyə,
Cavan ürəklərdə ölmək asandı.

No comments:

Post a Comment