October 18, 2013

Növbəti müşahidə yekunu

"Mərdi qova-qova namərd edənlər"in başqa bir qıcıqlandırıcı keyfiyyəti də ondan ibarətdir ki, yaratdıqları namərdə birinci daşı özləri atırlar.

Hərdən ciddi dərəcədə kinayəli gülüşün mənfi "həzzini"  yaşayıram. Baxıram ətrafa, hamı cəmiyyətdə önəmli rol oynadığına inandırılıb.Yaxşı, bəs hamının bir-birinin xor gördüyü cəmiyyət kimə lazımdı? Hələlik yüngülvari cavabını tapmışam: insanların ən güvəndiyi nərdivan-başqalarını ayaq altına alaraq qalxma imkanı verən nərdivandır. 

Təəssüf ki, hər reallıq əjdahasına virtualda od püskürəcək kərtənkələlər tapılır. 

Keçən dəfə bir nəfərin Türkiyə şou-biznesindən yaxşı tanıdığımız Sərdar Ortacın Haitiyə yardım edənlərə etiraz edərək verdiyi müsahibədən narazı qaldığını gördüm. İstədim soruşum ki, sən o müsahibəni sonuna qədərmi dinlədin? İstədim soruşum ki, sən o sonuna qədər dinlədiyin müsahibənin hər kəliməsini, hər arqumentini eşitdinmi? Qulaq asmaq başqa, eşitmək başqa. Eşitdinmi? Soruşdum. Yenə də keçi inadıyla Sərdara qarşı çıxmaq keçdi adamın ürəyindən və bu da dilinə yansıdı. Bəzən həmin insanlara həmin anda başqa bir sual vermək istəyirəm. Məsələn: Sizin bu müğənniyə qarşı ümumiyyətlə antipatiyanız var? Sizi bu müsahibənin nə qədər haqlı tərəfi olsa da, ona qarşı "qışqırdan" məhz müsahibə olan antipatiyanızdır? Ancaq özümü saxlayıram. İnsanları həqiqət damarından vuranda daha çox yalan danışırlar. Mən də qıcıqlandığım bu "humanizm qaynağına" daha çox sual vermədən ondan uzaqlaşdım. 

Obyektivizm nəzəriyyəsiylə tanınan Ayn Rand-in "Atlas shrugged" əsərini xatırlasaq, bayaqdan əsassız "humanizmiylə" qarşımda özünü ağıllı göstərən insanın sanki yazıçının tənqid etdiyi cəmiyyətin bir parçası olduğunu düşünəbilərəm.

#Təcrübəyə bax#"Boğazdanyuxarıinsanlıqsevənlərdərnəyininxətrinədəymədim-inşəallah"

Çox xırdalamaq istəmədiyim bu mövzünü həm Ayn Rand əsərlərindən, həm də Sərdar Ortaçın Haitiylə bağlı verdiyi müsahibəsindən xəbərdar olanlar anlar. Hər ikisindən bixəbər olanlar isə yəqin ki, səhifəmdəki sorğunun "heç birini (yazılarımdan) bəyənmədim" bəndinə səs verib blogumu "tərk edəcək". Yüz on iki yazıdan heç birini bəyənməyən oxucuya nə desən, qulaqları Sərdar Ortac müsahibəsini dinləyib ona etiraz edənlər kimi eşidəcək. Yəni bir sözlə, dediklərimi eşitməyəcək. #Mənə əziz olan məfhumlara, həmçinin də yazılarıma, başqalarından öncə özümün dəyər verəcəyindən xəbəriniz vardı hər halda.Ona görə də cümlələrim sizə qəribə, özündən razılıq şəklində görünməsin.#   Yəqin bu yazını beşinci abzasa kimi oxuyanlar qınayacaqlar ki, niyə Sərdar müsahibəsi haqqında gecikmiş yazınla başımızı ağrıdırsan? Ümid edirəm bir nəfər onlara anlatmaq istədiyimin "Sərdar müsahibəsi" olmadığını izah edər. 

Misallarla məsələləri qarışdıranlarla mübahisə etmək, rəng korluğundan əziyyət çəkən "daltoniklər"ə rəng tanıtmaq cəhdinə bərabərdir. 

Yoruldum. Gəlin, musiqi dinləyək. Kimi? Keyfinizi açım bir az :/

No comments:

Post a Comment