October 18, 2013

Dadsız Şeirim

Uşaqlıq nə zaman bitdi, bilmədim,
Gəncliyim başımdan ötdü, görmədim,
Sümüklər sızladı, heç hiss etmədim,
Elə bil gözaçıq məzara girdim.

Alimlər elmini kitaba yazdı,
Arifin sirrini kim hara yazdı?
Azadlıq köhnədən qalma avazdı,
Sanki öz dilimlə günaha girdim.

İnsanlar qaynadı, qarışdı burda,
Çobanlar özləri yem oldu qurda,
İştahın boyu da artdı nə boyda,
Gözümü tox tutub günaha girdim.

Bilinmir sən hara, bu ürək hara?
Bilinmir nə vaxta sağalar yara?
Səni də, məni də qoyub avara,
Sanki min fələklə sınağa girdim.

Əlimi əlindən üzəsi oldum,
Vardın özgə yara, keçəsi oldum.
Dəlilik suyundan içəsi oldum,
Tay-tuşum dirilik çayına girdi.

No comments:

Post a Comment