Əziz nənəm Tamara Cəfərliyə ithaf olunur
Açılır
önümdə dolu mənzərə.
Görürəm
qarşımda səni, babamı,
Sızlayır
qəlbimdə incə tel hələ.
Yadıma
salıram məktəb illərin,
Sənin
və babamın şirin sözlərin.
Məktəbə
gedirəm xəyal iziylə
Duyuram
nəfəsin əsən yellərin,
Əlindən
tuturam zərif əllərin,
Darıxır
ürəyim deyəsən hələ.
Böyümək
nə yaman dərddir, ay nənə!
Unutdurur
mənə ərköyünlüyü.
Keçmişdən
bir budaq gəl, uzat mənə!
Yaslayım
başımı mən dizlərinə,
Hiss
edim saçımda sığalı yenə,
Unudum
nə zaman böyüdüyümü.
Yenə
qucaqlasın o dəniz məni,
Sahilindən
bir az uzağa atsın,
Adımı
çağıran o səsin zəhmi
Qəddar
dalğalardan məni qorusun.
Qurtarsın
o məni dərinliklərdən
Babamı
qaytarsın həyat yenidən.
Gəl,
uzat keçmişdən bir budaq, Nənə!
İnanım
keçmişin gerçəkliyinə,
Gələcək
gəlməsin deyirdim helə
Toxunmasın
mənim əzizlərimə.
Qaytarsın
babamın stulun yenə,
Bizim
pəncərənin geniş önünə.
Gözləri
yol çəkər bəlkə də yenə,
Təki
ümid dolu nəfəsi qalsın.
Gəlsin,
yalnızlığın beli qırılsın.
Gəl,
uzat keçmişdən bir budaq mənə!
Nə
səni, nə onu qoymazdım gedə,
Qoymazdım
ocağın istisi sönə,
Qoymazdım
fələyin tərs üzü dönə,
Bu
böyük cismimlə uşağam yenə,
Bəlkə
də gülərsən sən bu şeirimə,
Di
gəl ki, bu uşaq darıxır hələ.
Tebrikler Leman ela alinib... Her nene hesretdi bele neveye )
ReplyDelete