September 4, 2013

TANIŞ YAD

Salam, ÖZGƏ!
Ya özün gəl, ya mən səni öz əlimlə aparım,
Ya özün gəl, dərinliklər görsün səni yaxından,
Ya mən gəlim, səni səndən qoparım.
Özgəsənsə, doğmalaşaq deyəcəm,
Yaxınlaşaq, əzizləşib dərdləşək,
Ümidlərim çoxdandır ki, ac qalıb,
Yaxınlaş ki, bu aclıqdan ürəyimi qurtarım.
Yox, uzaq dur, səyahət vurğunuyam,
Sən orda dur, qanadlara yalvarım,
Sən orda dur, böyüsünlər qanadlar,
Hə, uzaq dur, çərçivəmi qoparım.
Həyəcanım sürətimdən aslıdır,
Nə işdisə, səkilər də çoxalıb,
Ayağıma zəncirləri taxılıb,
Sən uzaq dur, tələsim mən yanına,
Ayağımdan axan qanı gözümə sürüb
Fərqli baxışlarla dikiləcəm qarşına.
Bax, o zaman yaxınlaşaq deyəcəm,
Qucağımda yirmi illik keçmişim.
Bax, o zaman qucaqlaşaq deyəcəm,
Sənlə bağlı olsun artıq hər işim.
Yox, yox, yox! Yox! Yox!
Məni tanımazsan gəlsəm uzaqdan,
Tanışın, əzizin, doğman deyiləm.
Özümün fövqünə ucaltdım səni,
Özüm öz əlimlə salan deyiləm.

No comments:

Post a Comment