March 11, 2013

Heç nə və Hər şey

Bir dəli ürəyin susduğu hər şey,
Şairin nəzminə kölgəsin salır.
Şairin yazdığı şeirdə heç nə,
O dəli ürəyin səsini almır.
Dünyanın bixəbər qaldığı ürək,
Dərvişdir,özündə gəzir dolanır.
Kölgəsi dəli bir rəqsə aludə,
Sakitlik üzündə qırışlar salır.
Elə bir bazar ki, bu yalan dünya,
Dəlinin zövqünü ucuza alır.
O zövq ki, dünyanı gülüstan edər,
Bahalı bazarda tozlanır qalır.
Bir dəli ürəyin açıqdır gözü,
Gözünü oxşayan könlünə dolur.
Dolu bir ürəklə sevdiyi hər şey,
Dərvişin özünü özündən çalır.
Bilinməz aləmə salınan yolda,
Yoxluq varlığa da dumanın salır.
Ariflə alimin fərqini bilən,
Heç nədə hər şeyin izini tapır.

No comments:

Post a Comment