March 5, 2013

Bağlı kitab


Əlimin oduyla qalandı ocaq,
Bixəbər ürəyim odda yanacaq.
Qürurum göstərir özünü qoçaq,
Onun da yəqin ki, külü qalacaq.
Yumub gözlərini, yox etmə məni,
Azacıq yaşayım dumduru, parlaq.
Açıb qollarını, buraxma məni,
Gözləmək çətindir əcəli, oyaq.
Desələr, şairin nəzmi açardır,
Axtaraq, qəlbinin qapısın açaq.
Sən çevir üzünü, uzaqlaş ordan,
Şair nadanlarla çox oynayacaq.
Kim bilir bəlkə də susdurar məni,
Həyat uşaq deyil, qadağa qoyaq.
Xəyallar içində qocaldar  məni,
Gerçəyə dönmədi, səni var sayaq

No comments:

Post a Comment