April 19, 2013

Qorxuram zamandan, yoxsa yalandan?


Qorxuram yaddaşım aldadar məni,
Aldadar zamanı, yox edər səni,
Üstəgəl yalanlar, üstəgəl yadlar,
Birləşib cəmləri azdırar məni.
Gülərəm huşsuzam, unutdum deyə,
Gülərəm məndəki bu acizliyə,
Çoxların tanıdım, saldım gözümdən,
Çoxları incidi doğru sözümdən,
Gözlədim salamım alınsın deyə
Yalnızlıq da gülüb tutdu əlimdən.
Çoxları vicdanlı insan gözləyir,
Mən səni unutdum, vicdan nə gəzir?
Çoxları hədsiz bir sevgi gözləyir,
Mənasın unutdum, sevgi nə gəzir?
Qorxuram ki zaman qaytarar səni,
Gözümdə donan yaş buzun əridər.
Qorxuram ürəyim tapar sevinci,
Onu “ürək” edən qışın yaz edər.



No comments:

Post a Comment