January 19, 2013

Sevmək istəyib də, sevməyənlərdən...

Əlimi sağımdan sola atmıram,
Qorxuram ataram səni qəlbimə.
Uzağa baxıram, yaxındakılar,
İnana bilmirlər bu tərsliyimə.
Bircə sən, anla ki, yalan satmıram,
Yamanca alışdım bilməzliyinə.
Varlığın uzaqdan gözümü tutub
Gözümü könlümdən mən gizləyirəm.
Bircə ayrılsaydım, mən öz içimdən,
Səni orda görmək çox istəyirəm.
Şikayət edirəm, göyə baxmıram,
Mən daha nə deyim, sənsizliyimə?
Sənli röyalardan oyatma məni,
Qorxuram dözməyim gerçəkliyimə.
Yalandır!Gecələr mən heç yatmıram,
Yoxluğun, varlığın birləşsin deyə.
Yox, yetər! İçimi xırdalamıram,
Qoy artıq öyrəşsin o sənsizliyə!

No comments:

Post a Comment