January 20, 2013

Ordan-burdan gələn ilham...Və ya Başlıqsızlarım...

1# Azadlıq qarşıma çıxandan bəri,
    Deyir ki, yol göstər, evimi tapım.
    Dedim sən qarşıma çıxandan bəri,
    Özüm də evsizəm, bağlıdır qapım.

2# Mentalitet deyib duran millətim,
     Milli qeyrət nə vaxt dəbə minəcək?
     Lap boğaza yığıb "şəxsi qeyrətin",
     Qarabağda bülbül nə vaxt ötəcək?

3# Saqqalı yox, sözü keçmir kişinin,
     Qaşın alıb, baxşı yaman yumşalıb.
     Torpağı yox, gözü seçmir kişinin,
     Kişi dönüb, kişiliyi korşalıb.

4# Qorxunun bənizi solub əlindən,
     Təbəssüm çəkilib gedib üzündən,
     Sənli xəyalları düşüb gözündən,
     Bilmir necə qatsın başını, yazıq!
     Ayrılıq yükünü daşısın, yazıq!

5# Mənə son şeirimi yazdıran ürək,
     Mürəkkəb qoxusun unutmaq olmur.
     Keçmişi içimdə donduran ürək,
     Keçdiyim yolları qayıtmaq olmur.

6# Hani yalan doğar, içine siner,
     Hani hiç doğruyu umursamazsınız,
     İşte, ben o zaman karşına geçer,
     Sen yalan hayatı yaşayamazsın.

7# İnsan var, içində insan ölübdür,
     Qoxusun gizlədib, gülə dönübdür.
     Əsl çiçəklərin boynunu büküb,
     Ölünün qoxusu ətrə dönübdür.

8# Qubarı gizlədir gözündəki nur,
     O, duzlu yaşların kristalıdır.
     Oturub içində bir ovuc qürur,
     O, keçmiş səhvlərin yadigarıdır.

9#  Bənövşə bəndən düşə,
     Günlərimə çən düşə,
     Çiynimdə yükün qala,
     Saçlarıma dən düşə...





No comments:

Post a Comment