January 20, 2013

Mən nə sənə, nə özümə yaradım...


Səbəbləri əğyar edib özümə,
Sevməməyə min bəhanə aradım.
Sənsizliyim üsyan etdi sözümə,
Saçlarını min xəyalda daradım.
Nə hikmətsə, təklik yazıb özümə,
Gör bəxtimi nə səhvlərə caladım.
Günəş saldı od-alovun içimə,
Mən buz olub gecə Ayı aradım.
Başqaları çöp gördülər gözümdə,
Öz-özümdə haqqı çapıb taladım.
Həkimliyin öyüb duran zamana,
Yara olub illər sonra qanadım.
Bəxtəvərlik özüm vurub özümə,
Yazıqlarda təsəllimi aradım.
Gələcəkdə güzgüdəki üzümə,
Keçmişimin qırışların doladım.
Sənsizliyi dostlar vurdu üzümə,
Mən nə sənə, nə özümə yaradım.

\

No comments:

Post a Comment