January 19, 2013

Yaşaya bilmirəm mənim azımla

Yeganə oyuncaq sənin nazındır,
Oynaya bilmədim heç vaxt onunla.
Dünyada bir ömür mənim azımdır,
Yetər ki, barışım mən yoxluğunla.

Baharın ortası sərt payızımdır,
İsinə bilmirəm deyəsən onla.
Tərtəmiz hisslərim kirim pasımdır,
Bəzənə bilmirəm duyğularımla.

Məni çəkən ancaq sözüm sazımdır,
Oynaya bilmirəm öz avazımla.
İçimdə sən varsan, mənlərim azdır,
Yaşaya bilmirəm mənim azımla.

No comments:

Post a Comment