January 15, 2013

Qoca...


Fələkdən iki gün ömür çalmışam,
Heç indi bilmirəm neçə qalıbdır.
Əzbərim zəifdir, xatırlamıram,
Üzünü illərin tozu salıbdır.
Keçmişim yalandır, yada salmıram,
Gözümdə onsuz da, duzu qalıbdır.
Qocayam, gülmürəm, görünməz amma
Üzümdə təbəssüm izi qalıbdır.

No comments:

Post a Comment