January 17, 2013

Bixəbər


Zaman  heç görməyib öz sahibini,
            Elə hey deyir ki, sona az qalıb.
            İnsan öyrənməyib heç öz qəlbini,
            Elə hey deyir ki, ömrü az qalıb.
            Görür ki, qış gəlib günlər qısalıb,
            Yazıq, gecələrdən bixəbər qalıb.
            Bahardan uzaqdır qərib gecələr,
            Ümidsiz insana qış uzaq qalıb.
            Dünyada Qəriblər cin görmədilər,
            Arsızlarla dünya viranə qalıb.
            Getdilər dünyadan  haqq aləminə,
            İnsanlı dünyadan nigaran qalıb.
            Allah verib dərdi insan qəlbinə,
            Dərmanı başqa bir ürəkdə qalıb.
            Yüklənib hər biri dünya dərdinə,
            İnsanlığa insan  biganə qalıb.
            Xeyirdir?Gözümə nasaz dəyirsən,
            Dünyadan köçənə ruhsuz deyirsən,
Hiylənin özündən düz gözləyirsən,
            Görmürsən, doğrunun üzü tərs qalıb?

No comments:

Post a Comment