January 15, 2013

Gəl, sən elə mənlə yola sal məni...



Gəl, sən gözlərinlə yola sal məni,
Bilim ki, onlarda əksim qalmadı.
Gəl, sən  sözlərinlə yola sal məni,
Bilim ki, onlarda sevgim qalmadı.
Görüm ki, kölgənə düşmürəm artıq,
Şirin yuxuna da girmirəm artıq.
Bilim ki, getmişəm, dönmürəm artıq,
Gəl, sən yoxluğuma inandır məni.
Görürəm yad əllər uzanıb sənə,
Silsinlər izimi, izim qalmasın.
Dönməyə səbəbim qalmışdısa da,
Silsinlər qəlbini, yerim qalmasın.
Gəl, sən elə mənlə yola sal məni,
Cismim gedəcəksə, ruhum qalmasın.

No comments:

Post a Comment