January 30, 2013

“Başlıqsız”


Ümidimi silən əllərin yenə,
Qonağı olubdur gecələrimin.
Yazıram, pozuram boşuna yenə,
Kağızın belini büküb sözlərim.
Əlimdən gəlmir ki, qaytarım geri,
Qurtula yaddaşdan sənli günlərim.
Boş-boş danışmağa başladım yenə,
Dəyəri qalmayıb qəmin, kədərin.
Həvəsdən salırlar insanı, gülüm,
Yazmaq da yetişmir bəzən dadıma.
Nə sirrsən, danışım barı dostuma,
Nə sirrsən, düşmənim üzə çıxarsın.
Günahım olmadın, tövbə tanıyam,
Savabım olmadın, haqqı arayam.
Boşluğa qoyduğum, dönür boşluğa.
Doldura bilmirəm, dərindir, dərin,
Hər kəsin üzünə gülürəm amma
Xəbəri yoxdur ki, səndən heç kəsin.

No comments:

Post a Comment