January 29, 2013

Ağlama, gül!

Ağlama, üzərəm əlimi yazdan,
Köçərəm payıza, qışa qar ollam.
Ağlama, sözümü kəsərəm sazdan,
Köçərəm  nəğməyə, xoş avaz ollam.

Gülümsə, gücümü alaram nazdan,
Leysana çevrilib, gur yağış ollam.
Gülümsə, olaram tarixə dastan,
Bizi sənsiz anıb, yaşamış ollam.

Ağlama, şikayət etmə payızdan,
Yağışın hər damla suyu mən ollam.
Ağlama, yox etmə məni yanaqdan,
Gözünü siləndə mən də yox ollam.

Gülümsə, oxuyur aşiqin eşqdən,
Dinləsən, qəlbində istilik ollam.
Gülümsə, titrəyir yer özü səsdən,
Dinləsən, cazibə qüvvəsi ollam

No comments:

Post a Comment