January 10, 2013

ANA

Laylanı unudan qulaqlarımda,
Səsinin avazı dolanacaqdır.

Həsrətim keçmişə boylanan anda,

Saçımda sığalın canlanacaqdır.

Ürəyim böyüyüb yada qaçanda,

Sevgisi, sevginə çatmayacaqdır.

Mənə “Ana” deyən övladım hətta,

Sənin qədər mənə yanmayacaqdır.

Bir tikə çörəyin, bir çimdik duzun,

Ödənməz haqqını aşmayacaqdır.

Ay Ana, bu uşaq qocalanda da,

Dizinə həsrət bir baş qalacaqdır. 



No comments:

Post a Comment