August 10, 2019

Madam ki...

Madam səbrsizsən, dilən ürəyim,
Birindən istehza, birinden qınaq,
Madam ağılsızsan, öyrən ürəyim,
Soyuyan ovuclar yumruq olacaq

Özgə bağçalardan qopan güllərin,
Yalançı yaz ətri dəyir burnuma.
Torpaq bağışlamır sevgililərin,
Yağdırır yağışı dönür palçığa..

Hamıya gülənin qaşqabağını,
Sevmirəm deyənin ağlamağını,
Ölümü görənin yaşamağını
Mümkün qılanları qınayandılar.

Madam ki, sığalın günah sayılır,
Kül olub küləkdə gizlət özünü.
Madam hər qədəmin yollar ayırır,
Mənlə qal, azacıq dinlə sözümü.

Mənlə qal, Tanrını üzməyək daha,
Günahı şeytana atmayaq, ağa.
Əzəli rəqiblər tən bölünməyib,
Biz də dərd almışıq, çağından baha

No comments:

Post a Comment