December 21, 2018

Dağıtdım misraları...

Bəlkə gözlərimdən düşən yaşların,
Qədəri yerləri islatmaq imiş,
Ayağım altından sürüşən torpaq,
Düşən hər damlanın günahı imiş...

*************************************


Bir kəlmə kəsəydik, çörək yerinə,

Masamdan söhbətin əskilməsəydi.
Lətifə böləydik, günah yerinə,
İçimi təbəssüm tərk etməsəydi.

*************************************


Qələmim həmdərdim olmayacaqdı,

Bir ömür bir günə sığmayacaqdı.
Sənsizlik səssizlik libasın geyib,
Məni öz-özümdən almayacaqdı.

*************************************


Kaşki bütün bəşəriyyət o şairin olaydı,

Dünya bizim üstümüzdən ağırlığın salaydı,
Qara-qara fikirlərlə qəbir qazan insanı,
Çəmənlikdə çiçək edib qoxusunu yayaydı.

**************************************


Qırılan istəkan qulpunu sormaz,

Çatından axan su dodaq islatmaz,
Mən də düşüncənin hayına qalsam,
Yalnız ürəyimi özgəsi sarmaz...

No comments:

Post a Comment