April 7, 2018

Yuxuma gəl, NƏNƏ!

31.10.2016 tarixində vəfat edən nənəm
Tamara Cəfərliyə ithaf olunur.

Yuxuma gəl NƏNƏ, gəl apar məni,
Özüm də gələrdim, cəsarətim yox.
Bu həyat fanidir, hamı tələsir,
Məndən gedənləri geri verən yox.

Sənin son nəfəsin mənə yetmədi,
Bəlkə də çağırdın külək əsmədi,
Mən necə inanim haqqın işinə?
Son dəfə sarılmaq haqqı vermədi.

Nənə, mən uşağam, böyüməyəcəm,
Siz gedən qatara yetişməyəcəm,
Bəlkə gün gələcək, mən də öləcəm,
Məni sizsiz qoyan ömrümü neynim?!

Bilirəm torpağın üzü soyuqdur,
Bir daha əllərim isinməz yenə.
Bilirəm fələyin dərdi oyundur,
Məni gəlinciklər böyütməz, nənə.

Nənə, mən payızın övladı idim,
Nə üçün xəzanı yorğanın etdin?
Bilirdin, bu uşaq böyüyən deyil,
Nə üçün doğduğu payızda getdin?

Hələ boş qalmışdı babamın yeri,
Sənin gedişinlə qəlbim boşaldı.
Mən niyə qaldım ki, zamandan geri,
Əlvida demədən ömrüm boşaldı.

Nənə, qurban olum, bəyaz saçına,
Əlim qoxusundan məhrum qalacaq.
Mən neçə gül düzsəm, sən yatan yerə,
Əlimdə torpağın izi qalacaq...

https://www.youtube.com/watch?v=SWM5qUryz1k



No comments:

Post a Comment